Modern.az

İslam Kərimov yenidən prezident seçiləcək

İslam Kərimov yenidən prezident seçiləcək

Dünya

30 Mart 2015, 13:28

Özbəkistanın Mərkəzi Seçki Komissiyası martın 30-da prezident seçkilərinin ilkin nəticələrini açıqlayacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, martın 29-da keçirilən seçkilərdə dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparıb. Onlardan biri də indiki prezident İslam Kərimovdur. Özbəkistanda səsvermə hüququ olan 20 milyondan çox seçici var və onların 91 faizdən çoxunun səsvermədə iştirak etdiyi bildirilir.

Səsvermə zamanı “ekzit-pool” keçirilməyib, ancaq bir müddət əvvəlki sorğunun nəticələrinə görə, ikinci tur böyük ehtimalla olmayacaq. Çünki həmin sorğuda seçicilərin təxminən 60 faizi İslam Kərimovu dəstəkləyib.

Səsvermə prosesinə gəldikdə, MSK-nın məlumatına görə, heç bir qanun pozuntusu baş verməyib.

İslam Kərimov 25 ildir Özbəkistanın prezidentidir. O, ölkəni faktiki olaraq 1989-cu ildən ( o zaman Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi) idarə edir. Kərimov 1991-ci ildə prezident seçilib (bir neçə il sonra onun prezidentlik səlahiyyətinin 2000-ci ilə qədər uzadılması ilə bağlı referendum keçirilib), 2000 və 2007-ci illərdə yenidən bu vəzifəyə seçilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir