Modern.az

"Qarabağla bağlı qətnamə BMT-də gələn il qəbul olunacaq"

"Qarabağla bağlı qətnamə BMT-də gələn il qəbul olunacaq"

15 Sentyabr 2010, 14:40

BMT Baş Assambleyasının bugünlərdə keçirilən 14-cü sessiyasında Azərbaycan tərəfinin hazırlayıb təqdim etdiyi 2-ci qətnamənin Assambleyanın gələn il keçiriləcək 65-ci sessiyasının gündəliyinə salınaraq müzakirəsi və qəbulu gözlənilir. Bu sözləri Milli Məclisin üzvü Fuad Muradov BMT-yə Azrbaycanın təqdim etdiyi Qarabağla bağlı sənədi şərh edərkən deyib.

“Mənə elə gəlir ki, növbəti müzakirələrdə bir neçə ölkəni çıxmaq şərtilə, əksər nüfuzlu dövlətlər bu sənədin əleyhinə olmayacaqlar. Ona görə, Cənubi Qafqazda yeni situasiyasnın olması göz qabağındadır”-deyə millət vəkili vurğulayıb. 

Onun sözlərinə görə, Rusiyanın Ermənistanla hərbi müqavilənin müddətini uzatması texniki məsələ olmaqla yanaşı, həm də digər supergüclər, böyük dövlətlərə bir ismarıcdır. Bununla Rusiya bir daha bu bölgədə öz maraqlarının təmin edilməsindən geri çəkilməyəcəyini işarə edib.

“Odur ki, digər nüfuzlu Qərb ölkələrinin artıq düşünməsi, nəticə çıxarması üçün necə deyərlər, gözəl bir şərait, fürsət yaranıb. Şərait yaranıb ki, regionda, Cənubi Qafqazda nə baş verir, proseslər hansı istiqamətdə gedir”-deyə deputat qeyd edib.  

“Mən onu xüsusilə vurğulamaq istəyirəm ki, həm BMT, həm Avropa Parlamenti, həm Avropa Şurası və sair nüfuzlu qurumlar çərçivəsində Ermənistan artıq hər dəfə cığallıq etdiyi ilə bağlı rəy formalaşmağa başlayıb. Bu baxımdan, mən çox inanıram ki, böyük ölkələr növbəti qətnamənin müzakirəsində həm öz obyektiv fikirlərini söyləyəcək, həm də səsvermədə bunun əksi özünü göstərəcək».  

Regionda vəziyyətin çox mürəkkəb olduğunu deyən F. Muradov bildirib ki, aparılan təhlillər, araşdırmalar Qarabağ düyününün çözülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 və BMT Baş Assambleyasının 1 məlum qətnamənin qəbuluna gətirib çıxarıb.

Millət vəkili qeyd edib ki, ələlxüsus, BMT Baş Assambleyasının 2009-cu ildə qəbul etdiyi qətnamə öz önəmilə fərqlənir. «Həmin məsələ, qətnamə bu gün belə demək mümkünsə, özünün ikinci mərhələsini, dövrünü yaşayır”-deyən millət vəkilinin dediyinə görə, o vaxt BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının üzvü olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyi bütün regionda daha da gərginliyə səbəb olmuşdu.  

Deputatın fikrincə, onların Azərbaycanın ərazi bütövlüyü məsələsinə yanaşması özündə obyektivliyi əks etdirmirdi və həmsədrlər Cənubi Qafqazdakı, Qarabağ məsələsi ətrafındakı məqamları tam incəliklərinə qədəri «nəzərə almamışdılar».  

«Düzdür, belə fikirlər var və bu gün də mövcuddur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, həmsədrlərin dəyişdirilməsi, rotasiya olunması bu prosesə yeni fikirlərin, yanaşmaların gəlməsinə səbəb olur, amma bunlar hər halda yetərli deyil. Yetərli o zaman ola bilər ki, bu problem ədalətli və tez bir zamanda çözülsün» - deyən F.Muradovun fikrincə, bununla belə, Qarabağ məsələsinin müzakirəsinin yenidən BMT Baş Assambleyası müstəvisinə gəlməsi müsbət haldır və Azərbaycan tərəfinin uğurudur.

«Şəxsən mən belə hesab edirəm ki, ötən qətnamənin müzakirəsinə yanaşma ilə növbəti müzakirəsi və qəbulu gözlənilən qətnaməyə yanaşma fərqli olacaq. Bunun bir neçə səbəbi var. Birincisi, Ermənistan-Türkiyə sərhələrinin açılması ilə bağlı əgər bundan əvvəl həmin o həmsədr ölkələrin, digər Avropa dövlətlərinin müəyyən optimist fikirləri var idisə, Ermənistan tərəfinin məlum hərəkətləriylə bunlar tam sıfıra endirildi. Həm Ermənistan Konstitusiya Məhkəməsinin izahatı, həm erməni parlamentdən Türkiyə-Ermənistan arasında imzalanmış protokolların geri çəkilməsi, həm də danışıqlar prosesi zamanı Ermənistanın mövqeyinin tez-tez dəyişməsi, razılaşdırılmış Madrid prinsiplərindən imtina edilməsi və sair, təbii ki, böyük ölkələrdə narazılıqlar yaratdı”-deyə deputat bildirib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür