Azərbaycan Media Mərkəzi (AMM) İsveçə səfərlə bağlı yerli jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələrini elan edib. Modern.az saytı xəbər verir ki, AMM-nin seçkilər mövzusunda elan etdiyi müsabiqənin 7 nəfər qalibi cari ilin oktyabrında Stokholma səfər edəcək.
Münsiflər heyyətinin iştirakı ilə AMM-nin rəhbəri Gülnarə Axundova mətbuat konfransında qalibləri elan edib.
Qaliblər Parlament Jurnalistlər Birliyinin departament rəhbəri Fərəh Sabirqizi, RİA Novosti İA-nın əməkdaşı Kamal Əli, “Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmməədova, var.az saytının əməkdaşı Samirə Həsənli, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov, Prezident yaninda Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Anar Hüseynov, “Azərbaycanskaya İzvestiya” qəzetinin əməkdaşı Leyla Əmirovadır.
Jurnalistlər bu ölkədə parlament seçkilərini izləyəcəklər.
Modern.az