Modern.az

Ermənistan Çindən silah alacaq

Ermənistan Çindən silah alacaq

Dünya

31 Mart 2015, 11:59


Ermənistan prezidenti Serj Sərkisyanın martın 24-28-də Çin Xalq Respublikasına dövlət səfəri zamanı güzəştli şərtlərlə Yerevana silah göndərilməsi ilə bağlı razılıq əldə olunub. Modern.az bildirir ki, bu haqda “Aykakan jamanak” qəzetinə etibarlı mənbədən məlumat verilib.

Erməni ekspertlərin fikrincə, bu gün Çinin şimal-qərbində yerləşən uyğur türklərinin rəsmi Pekin tərəfindən təzyiqlərə məruz qalması dolayısı ilə bu ölkənin Ermənistanla strateji tərəfdaşlığına gətirib çıxarır. Yerli KİV Ermənistanı Türkiyə ilə yeganə sərhədlərə malik olan bir ölkə kimi göstərməyə çalışaraq bununla da sanki, ortaq bir düşmənlə qarşı-qarşıya qaldıqlarını göstərməyə çalışır.

Bununla belə, hazırda Türkiyə Çinə bir çox mal ixrac edən bir ölkəyə çevrilib. Bununla yanaşı, Türkiyə Çinə bir çox silahları satan dövlətlər siyahısına daxildir.

Şahin Qocayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?