Modern.az

Ancelina Colinin xərçəngdən ölən 8 qohumu - FOTO

Ancelina Colinin xərçəngdən ölən 8 qohumu - FOTO

Dünya

31 Mart 2015, 14:30


Dünyanın ən gözəl xanımlarından sayılan 40 yaşlı Ancelina Coli ötən il süd vəzilərini kəsdirməklə gündəmə gəlmişdi. Ötən həftə isə ulduz aktrisa xərçəngə yoluxma riskinin yüksək olmasına görə öz yumurtalıqlarını da kəsdirdiyini açıqladı. Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, internetdə 1997-ci ildə çəkilən və Colinin müxtəlif illərdə xərçəng xəstəliyindən vəfat edən qohumlarının təsvir olunduğu şəkil yerləşdirilib. 

Şəkildə Colinin anası Marşelin Bertran, xalası qızı Fransin, xalası Debbi, nənəsinin bacısı Stella, babası Rollan və dayısı Roli təsvir olunub. Şəkilin çəkilməsindən 4 il öncə Ancelina Colinin nənəsi Lois yumurtalıq xərçəngindən vəfat edib. Məlumata görə, onun ana nənəsi Virciniya da bu xəstəliyin qurbanı olub.

Şəkildə:

1. Xalası qızı Fransin (süd vəzi xərçəngi)
2. Nənəsinin bacısı Stella (süd vəzi xərçəngi)
3. Babası Rollan
4. Anası Marşelin Bertran (yumurtalıq xərçəngi)
5. Xalası Debbi ( süd vəzi xərçəngi)
Dayısı Roli (prostat xərçəngi)

Məhz çoxsaylı qohumlarının yumurtalıq və süd vəzi xərçəngindən ölməsi Ancelina Colini ağır əməliyyatlara getməyə vadar edib. O, müsahibələrində övladlarının böyüməsinə şahidlik etmək üçün sağ qalmağa məcbur olduğunu deyib. Aktrisanın həyat yoldaşı və həmkarı Bred Pitt də onun bu addımlarını dəstəkləyib.



Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir