Modern.az

Rusiyada 53 min uşaq evdən qaçıb

Rusiyada 53 min uşaq evdən qaçıb

Dünya

31 Mart 2015, 14:52



Rusiyada ötən il evdən və dövlət müəssisələrindən (internat, uşaq evi) qaçan uşaqların sayı 53,1 min nəfər təşkil edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin 1-ci müavini Olqa Qolodets məlumat verib.

Onun sözlərinə görə, 2013-cü ildə bu göstərici 41 min olub və 22 faiz artıb. Uşaq və yeniyetmələrlə bağlı sənədlərdə 2014-cü ildə Rusiyada hər 5-ci uşağın dəfələrlə evini tərk etdiyi də vurğulanıb:
“Uşaqların və yeniyetmələrin evdən qaçmasına əsas səbəblər – ailədaxili münaqişələr, valideynlərin övladlarını nəzarətsiz qoyması, yaşayış səviyyəsinin aşağı olması və s. hallardır”.

Ekspertlər isə Rusiyada 5 milyondan artıq insanın evsiz olduğunu bildirir.

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır