Modern.az

Milli Məclisin deputatı Avropada erməni təxribatı ilə üzləşib

Milli Məclisin deputatı Avropada erməni təxribatı ilə üzləşib

15 Sentyabr 2010, 19:33

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov bu yaxınlarda Polşanın Krınıtsa şəhərində Avropa Birliyi və İngiltərənin  Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən iqtisadi forumdan qayıdıb.  

Modern.az
  saytına açıqlamasında deputat bildirib ki, tədbir çərçivəsində o, üç mövzuda çıxış edib:

“Biznes və hakimiyyət münasibətləri, Azərbaycanın beynəlxalq investor qismində Avropa Birliyi və dünya iqtisadiyyatında yeri və rolu, biznesin sabitləşdirici faktor olmasına dair mövzularda çıxışlar etdim. Bu mövzularda mənimlə yanaşı, Avropa Birliyinə daxil olan ölkələrin bir sıra nazirləri, deputatları da danışdılar. Ermənistan parlamentinin İqtisadi siyasət komitəsinin sədr müavini Vardan Bostanjyanın müxtəlif mövzuda Azərbaycanı ittiham etmək cəhdinə biz cavab verdik. O iddia edirdi ki, güya Azərbaycan Ermənistanı blokadaya salıb. Biz isə faktlar ortaya qoyduq ki, əslində Ermənistan Azərbaycanın bir hissəsi olan Naxçıvan MR-i blokadada saxlayır və həmin bölgənin Azərbaycanla yeganə əlaqəsi hava yollarıyladır. Bunu aradan qaldırmaq üçün Azərbaycan höküməti Naxçıvana Gürcüstan və Türkiyə üzərindən həm dəmir yolu, həm qaz kəməri, həmdə digər kominikasiya xətləri çəkmək məcburiyyətində qalıb.

Qeyd etdik ki, bu, Ermənistanın apardığı işğalçı siyasətin nəticəsi kimi Avropa Birliyində dəyərləndirilməlidi. Eyni zamanda biz orada Ermənistandakı “Daşnaksütyun” partiyasının Avropa üzrə koordinatoru Aşot Qriqoryanın, Slovakiya nümayəndəsinin təxribat xarakterli çıxışına cavab verdik. Azərbaycanı ittiham edir di ki, güya Azərbaycan Ermənistanın mədəni, tarixi abidələrini soyqırıma məruz qoyub. Biz Avropa Birliyindən iştrak edən ekspertlərin qarşısında qeyd etdik ki, əslində “Daşnaküstyun” partiyası bu və ya digər formada muzdlu tapır və onlara vəsait verərək Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa çalışır. Biz Aşot Qriqoryanın həmin slovakiyalı deputata necə təlimat verdməsinin videolentini və şəklini orada numayiş elətdirdik. Bununla subut etdik ki, əslində “Daşnaküstyun” partiyası bütün dunyada bu tipli metodlardan istifadə edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Biz faktı sübut edəndən sonra onlar çox pərt vəziyyətində qaldılar.

Mən Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsindəki rolu mövzüsünda çıxış etdim. Dedim ki, Azərbaycan artıq öz ölkəsinə investisiya cəlb etməkdən əlavə, başqa ölkələrin də iqtisadiyyatına sərmayələr yatırır. Bunun statistikasını açıqladıq. Azərbaycanın Gürcüstan, Türkiyə, Moldova, Pribaltika ölkələrinə və Avropa Birliyinə daxil olan ölkələrə, o cümlədən Polşa, Ruminya və digər yerlərdə investisya layihələrinə qoşulması haqqında statistik materialları təqdim etdik. Dövlət başçımızın səsləndirdiyi fikirləri bir daha orada xatırlatdıq ki, Azərbaycan Avropa Birliyinə daxil olan ölkələrin iqtisadiyyatına investisiya qoymaqda maraqlıdı. Dedik ki, Azərbaycan enerji təhlükəsizliyində iştrak etməklə bərabər, Avropa Birliyinə yaxınlaşmaq siyasəti yürüdür. “Bu işdə bizim dunya birliyindən və Avropa Birliyindən xahişimiz odur ki, ikili standartlara önəm verməsinlər,  Azərbaycan reallıqlarını qəbul eləsinlər”-deyə mən tədbir iştirakçılarına bildirdim”.

Mail Ağaxanov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir