Modern.az

Ukraynada vurulan Malayziya təyyarəsinin sirri çözüldü - Təyyarəni vuran rus generalı kimdir?

Ukraynada vurulan Malayziya təyyarəsinin sirri çözüldü - Təyyarəni vuran rus generalı kimdir?

Aktual

2 Aprel 2015, 22:44

 

Hollandiya prokurorluğu 2014-cü il iyulun 17-də Donetsk vilayətinin Qrabovo kəndində Malayziya Hava Yollarına məxsus, MH 17 reysi ilə uçan "Boeing 777" təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan lik adı açıqlayıb.  

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, göyərtəsində 298 nəfərin hamılıqla həlak olduğu təyyarənin vurulmasına əsas baiskar Rusiya Baş Kəşfiyyat İdarəsinin istefada olan general-mayoru Sergey Nikolayeviç Petrovskidir.  

Sergey Petrovski təyyarəni 10 kilometr yüksəklikdə vurmuş "Buk" zenit raket kompleksinin Rusiya ərazisindən gizli yola Ukraynaya gətirilməsinə rəhbərlik edib.  

Faciə baş verdikdən dərhal sonra ərazidə tutulan radio danışıqlar və kəşfiyyat məlumatları döyüş ləqəbi "Xmurıy" olan Petrovskinin Malayziyaya məxsus “Boeing 777”-nin vurulmasına rəhbərlik etdiyi aydın olub.   Faciəyə dünya birliyinin sərt reaksiyasından sonra isə "Buk" raket kompleksinin gizli yolla yenidən Rusiyaya geri qaytarılmasına nəzarət edib. Yalnız bundan sonra separatçılar mülki təyyarəni vurmadıqlarını və arsenallarında "Buk" raketlərinin olmadığını deyə bilmişdi.  

Modern.az-ın məlumatına görə, Sergey Nikolayeviç Petrovski 1962-ci ildə Donetsk vilayətində anadan olub. Sovet və Rusiya ordusunda 30 ildən artıq müddətdə xidmət edib. 2014-cü ilin yazında Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən general-mayor rütbəsində istefaya çıxıb və Ukraynadakı rusmeyli separatçılara qoşulub.   "Donetsk Xalq Respublikası”nın “müdafiə naziri" İqor Strelkovun müavini və "kəşfiyyat qoşunlarının komandiri" təyin olunub. Ukraynaya qarşı döyüşlərdə "Xmurıy" və "Ploxoy soldat" ləqəbləri ilə tanınıb.     

Separatçı"Donetsk Xalq Respublikası"nın mətbuatına verdiyi açıqlamalarda o, Ukraynaya gəlməsini və İqor Strelkovun tabeliyinə keçməsini belə əsaslandırırdı.

"İqor Strelkovla hələ İkinci Çeçen Müharibəsindən tanışam. 3 ildən artıq Qroznı və digər yaşayış məntəqələrində xidmət etmişik. Birlikdə 50-80 arasında xüsusi əməliyyatda iştirak etmişik. Bu ilin yazında Rusiya ordusundan ehtiyata çıxmışam və indi isə atamın və anamın dəfn olunduğu Donetsk torpağına geri qayıtmağa qərar vermişəm. Amma düşünmürdüm ki, doğma torpağımla tankla qayıdacam".

Həmin müsahibə zamanı Sergey Petrovski özünü separatçıların baş kəşfiyyat idarəsinin rəisi kimi təqdim etmişdi. Onun sözlərinə görə Ukraynanın cənub-şərqində mövcud olan bütün kəşfiyyat və əks-kəşfiyyat qoşunları, xüsusi təyinatlı dəstələr bütünlüklə onun tabeliyindədir. Lakin Malayziya təyyarəsinin vurulmasından bir neçə ay sonra Sergey Petrovskiyə qarşı Donetskdə sui-qəsd təşkil olunur.   2015-ci ilin yanvarında Rusiyanın Rostov şəhərində olarkən keçmiş rus generalı başına gələnləri belə təsvir edirdi.  

"Əvvəlcə mənə qarşı sui-qəsd təşkil olundu. Sonra Moskvaya gəlməyimi tələb etdilər. Sonra isə yenidən Donetskə qayıtmağıma göstəriş verdilər. Lakin sərhəddə məni təhlükəsizlik məqsədləri ilə "Donetsk Xalq Respublikası"nın ərazisinə buraxa bilməyəcəklərini dedilər".

Rusiya mətbuatının məlumatına görə hazırda Sergey Petrovski Donetsk vilayətində separatçıların nəzarəti altındakı ərazidədir.


2014-cü il iyulun 17-də Donetsk vilayətində Amsterdam-Kuala-Lumpur marşturu ilə hərəkət edən "Boeing 777" təyyarəsinin vurulması nəticəsində əksəriyyəti Hollandiya, Avstraliya, Malayziya vətəndaşları olmaqla 298 nəfər həyatını itirmişdi.    

Vüqar İsmayılov          


Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər