Modern.az

İranla aparılan DANIŞIQLAR: Tehran güzəştə gedir

İranla aparılan DANIŞIQLAR: Tehran güzəştə gedir

2 Aprel 2015, 23:20


Tehranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) apardığı danışıqlarda əsas bəndlər üzrə razılıq əldə edilib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə görüş iştirakçısı olan ölkə nümyəndələri bildiriblər.   Almaniya Xarici İşlər Nazirliyi özünün twitter səhifəsində razılaşma əldə olunacağını anons edib.

ABŞ dövlət katibi Con Kerri isə bildirib: “İranın nüvə proqramının əsas problemlərinin nizama salınması üçün paramentrlər var.  Yaxın vaxtlarda saziş əldə etmək üçün  iş yenilənəcək”.  

İran prezidenti Həsən Ruhani isə twitter hesabında yazıb ki, Lozannadakı danışıqlarda gələcək nüvə razılaşmasının əsas parametrləri müəyyən edilib.

Müzakirələrdə iştirak edən İranın xarci işlər naziri Məhəmməd Cavad Zərif də öz twitter hesabında danışıqlarda razılığın əldə olunduğunu bəyan edib. 

Nüvə danışıqlarında iştirak edən mənbənin bildirdiyinə görə razılaşmada İranda istehsal edilən uranın çox hissəsinin xaricə çıxardılması barədə razılıq əldə edilib.

“Bundan başqa İran və “altılıq” ölkələri razılığa gəlib ki, Natanz nüvə mərkəzində 5 mindən çox sentrifuqa ilə uranı zənginləşdirəcək. İran hakimiyyəti 25 il müddətinə uranın zənginləşdirilməsi üzrə məhdudiyyət öhdəliyini öz üzərinə götürməyə hazırdır”,-deyə mənbə bildirib.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir