Modern.az

Milyoneri həbs etdilər

Milyoneri həbs etdilər

3 Aprel 2015, 12:06


Rumıniyanın Apelyasiya Məhkəməsi ölkənin ən zəngin adamı İon Nikulaeni 2,5 il müddətinə azadlıqdan məhrum edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu cəzaya 2009-cu ildə ölkəsində keçirilən prezident seçkilərində namizədlərdən birinin seçki kampaniyasına qanunsuz yolla 1 milyon avro ayırdığı üçün məhkum edilib. İstintaq müəyyən edib ki, Nikulae Rumıniya Sosial-Demokrat Partiyasının sədri Mirçi Conaenin seçki kampaniyasına gizli şəkildə pul ayırıb. Həmin pullar partiyaınn üzvü George Stanku vasitəsilə ötürülüb. 2009-cu ildə keçirilən seçkilər zamanı ikinci tura çıxan Mirçi Conae sonda prezidentlik uğrunda mübarizəsini Trayan Baseskuya uduzub.

Breila şəhərinin meri George Stanku pul maxinasiyalarında iştirakına görə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İon Nikulae Rumıniyanın ən böyük maliyyə qrupu olan “İnterAgro”nun sahibidir. Biznesmenin şəxsi sərvəti 1,25 milyard dollar təşkil edir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?