Modern.az

Gözsüz doğulan uşaq - FOTOLAR

Gözsüz doğulan uşaq - FOTOLAR

Dünya

3 Aprel 2015, 16:13

24 yaşındakı 3 uşaq anası Danielle Davisin qızı Daisy çox nadir narahatlıq səbəbi ilə gözləri olmadan doğulub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hamiləliyi əsnasında körpəsinin beynində kist olduğunu öyrənən Danielle Davis abort etdirməyi rədd edib.

Körpə doğulduğunda olduqca nadir görülən bir xəstəliklə mübarizə apardığı ortaya çıxıb. Kiçik Daisy gözləri olmadan doğulub və bir daha əsla görə bilməyəcək. Anoftalmi olaraq bilinən xəstəliyin müalicəsi mümkün deyil, ancaq böyüdüyündə şüşədən göz taxılaraq normal bir insan görünüşü qazanması təmin ediləcək.  

İngiltərədə yaşayan cütlük abort etdirmədikləri üçün heç bir peşmanlıq keçirmədiklərini deyib. Anoftalmi müalicəsi olmayan çox nadir bir xəstəlikdir. Hamiləlikdə inkişaf edən xəstəlik genetik mutasiya və xromosom çatışmazlığı nəticəsində ortaya çıxır.  

Mütəxəssislər, kimyəvi dərmanlar, böcəklər əleyhinə dərmanlar, radiasiya və müəyyən virusların da anoftalmiye səbəb ola biləcəyini açıqlayıb. Anoftalmi müalicə edilə bilmir, ancaq xəstələrə estetik görünüş qazandırmaq məqsədilə protez göz qoyula bilər.  







Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!