Modern.az

Keçmiş nazirin əsəb xəstəxanasından qaçan arvadı tutuldu

Keçmiş nazirin əsəb xəstəxanasından qaçan arvadı tutuldu

Dünya

4 Aprel 2015, 10:13

 

Yunanıstan polisi keçmiş müdafiə naziri Akisa Tsoxadsopulosun həyat yoldaşı Vika Stamatini əsəb xəstəxanasından qaçandan 36 saat sonra yaxalayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sramati Dromokatiodakı əsəb klinikasının yerləşdiyi ərazidəki  kilsənin yaxınlığında anonim zəngdən sonra ələ keçib. O, Attikidəki polis idarəsinə gətirilib, psixiatrik ekspertizadan keçiriləcək.

Stamati 2013-cü ildə ərinin maliyyə cinayətlərinə görə 12 azadlıqdan məhrum edilib.

Keçmiş nazir özü isə cinayət yolu ilə rüşvət almaq və çirkli pulların yuyulmasına görə 20 il həbs cəzasına məhkum edilib.  

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!