Modern.az

Sabiq "KQB" generalı: “Bunu Putinin arvadından soruşun” - Rusiya prezidenti haqda İDDİALAR

Sabiq "KQB" generalı: “Bunu Putinin arvadından soruşun” - Rusiya prezidenti haqda İDDİALAR

4 Aprel 2015, 13:14


“Yalnız bir mövzu var ki, Putin onun açıqlanmasını təhlükəli sayır. Bu da onun qaranlıq şəxsi həyatıdır. Məndən Putin haqda soruşanda cavabım belə olur: Bunu onunla 30 il birgə yaşamış arvadından soruşun”.

Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu açıqlamanın müəllifi Oleq Kaluqindir - “KQB”nin sabiq generalı.

Onu Rusiyada vətənə xəyanət ittihamı ilə qiyabi olaraq 15 illiyinə həbs cəzasına məhkum ediblər.

ABŞ-da mühacir həyatı yaşayır.

Kaluqin AzadlıqRadiosuna müsahibəsində deyir ki, Londonda mühacir həyatı yaşamış sabiq “KQB” əməkdaşı Alexander Litvinenkonu Rusiya kəşfiyyatı aradan götürüb – Putinin şəxsi həyatının “görünməyən tərəfləri” haqda danışdığı üçün:

“O, Londonda yaşayanda mən ona zəng etdim və dedim ki, Putinin şəxsi həyatı haqda yazmağı məsləhət deyil. Amma artıq gec idi. Az sonra onu öldürdülər”.

Kaluqin deyir ki, Litvinenkonun aqibətini yaşamaqdan qorxmur, çünki onu Putinin yaxın ətrafından olan bəzi insanlar himayə edir.

Kaluqin deyir ki, Putinin 1998-ci ildə “FSB” – Federal Təhlükəsizlik Xidmətinə rəhbər təyin edilməsi qanun pozuntusu olub.

Çünki Putin 1991-ci ildə “KQB”dən istefa verəndə mayor idi. “FSB”yə isə yalnız general rəhbər təyin edilə bilərdi.


Kaluqin iddia edir ki, 90-cı illərin sonunda baş prokuror Yury Skuratovun karyerasına son qoymuş seks videosunu da “FSB” hazırlayb.

Çünki Skuratov Putinin hamisi, sonradan onu öz yerinə prezident qoyacaq Boris Yeltsinin ailəsi ilə əlaqəli korrupsiya faktlarını araşdırırdı.

Kaluain onu da iddia edir ki, hakimiyyətyönlü siyasətçi, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və mərhum Rusiya patriarxı 2-ci Aleksi də “KQB” agenti olublar.

Kaluqin 2-ci Aleksinin bunu ona özünün etiraf etdiyini iddia edir:

“O mənə dedi ki, sovet dövründə pravoslav kilsəsini qorumağın başqa yolu yox idi”.

Kaluqin tanınmış bolqar yazıçısı Georgi Markovu da sovet dövründə “KQB”nin öldürdüyünü iddia edir.

Onun sözlərinə görə, sui-qəsdi sosialist Bolqarıstanının təhlükəsizlik orqanları icra etsələr də, sui-qəsddə istifadə olunan zəhər “KQB”nin laboratoriyasında hazırlanıb. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir