Modern.az

İsmət İnönünün ailəsi Atatürklə bağlı iddialara sərt cavab verdi

İsmət İnönünün ailəsi Atatürklə bağlı iddialara sərt cavab verdi

6 Aprel 2015, 17:24


Bu gün Türkiyənin “Yeni Şafak” qəzetində Atatürkün öldürülməsi ilə bağlı sensasion xəbər yer alıb. “Yeni Şafak” qəzeti sənədlərə istinad edərək, 77 ildir dolaşan “Atatürk zəhərləndi” iddiasının doğru olduğunu və sui-qəsdin İsmət İnönü tərəfindən təşkil olunduğunu göstərib.

Bu işdə ona o vaxtın daxili işlər naziri Şükrü Kaya və başqa şəxslərin də yardım etdiyi göstərilir.

Türkiyədə böyük rezonans yaradan xəbərə İnönü ailəsindən sərt reaksiya gəlib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnönünün nəvəsi Ankara Böyük Millət Məclisinin üzvü Gülsün Bilgəhan bu xəbərləri “dəli sayıqlaması” adlandırıb:

“Böyük Atatürklə İsmət İnönü arasındakı münasibətlər iftira dərəcəsində idi, amma bu gün dəli sayıqlaması halına keçib. Bu cür xəbərləri yazanlar türk xalqını zəhərləməyə çalışırlar. Amma bu torpaqlarda cümhuriyyət qurucularına o qədər böyük sevgi var ki, nə etsələr də, heç nə bacarmayacaqlar. İnönü vəqfi və İnönü ailəsi bu məsələlərlə bağlı insanların məsuliyyət daşıması üçün hüquqi yollara baş vuracaq”.

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir