Modern.az

İŞİD-in edam etdiyi 1700 nəfərin cəsədi aşkarlandı

İŞİD-in edam etdiyi 1700 nəfərin cəsədi aşkarlandı

Dünya

7 Aprel 2015, 13:57



İraq Şam İslam Dövləti (İŞİD) terrorçularından azad edilən İraqın Tikrit şəhərində kütləvi məzarlıq aşkarlanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şəhərin ayrı-ayrı yerlərində tapılan 12 məzarlıqda ümumlikdə 1700 cəsəd olub. Ehtimal olunur ki, həmin cəsədlər İŞİD üzvlərinin edam etdikləri İraq əsgərləridir.

“Bu, ürəkağrıdıcı səhnə idi. İlk məzarı tapanda hamımız ağlayırdıq. Yalnız vəhşi barbarlar 1700 nəfəri güləlləyə bilər”, - deyə İraq Səhiyyə Nazirliyinin rəsmisi Xalid əl-Atbi deyib.

Onun sözlərinə görə, cəsədlərin kimliyi yalnız DNT testindən sonra müəyyənləşəcək.

2014-cü ilin iyunundan Tikrit şəhərini ələ keçirən İŞİD qruplaşması şəhərdəki şiə əhalisinə və əsir düşən iraqlı hərbçilərə divan tutub. Şəhər 1 aylıq qanlı döyüşlərdən sonra aprelin 1-də İraq ordusu tərəfindən azad olunub.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır