Modern.az

Qəribə səbəblərdən baş verən təyyarə qəzaları - MARAQLI

Qəribə səbəblərdən baş verən təyyarə qəzaları - MARAQLI

7 Aprel 2015, 15:35

Bu yazıda ən dəhşətli və ən çox insan itkisinə səbəb olan təyyarə qəzalarından deyil, ən qəribə şəkildə, ağlasığmayan irili-xırdalı təfərrüatlardan sonra baş verən təyyarə qəzaları diqqətinizə çatdırılacaq. Modern.az həmin qəzaların bir neçəsini təqdim edir:

1. 2009-cü ildə Rio de Janeyrodan Parisə uçan 228 sərnişin və 10-a yaxın ekipaj heyətindən ibarət olan təyyarə Atlantik okeanı üzərində qəflətən yoxa çıxır. Həlak olanların hamısının cəsədlərinin tapılması iki ildən çox vaxt aparır. Okeanın üzərindən uçan zaman birdən-birə nəyə görə yoxa çıxması öncə hamı üçün sual olsa da, sonrakı araşdırmalar nəticəsində bunun səbəbi bilinir. Belə ki, üç pilotdan ikisi tropik fırtınaya düşməzdən qabaq yatırlar. Növbədə olan üçüncü pilot isə yola çıxmazdan əvvəl bütün gecəni öz sevgilisi ilə keçirdiyindən yuxulu olur. Demək olar ki, bütün gecəni yatmadığından tropik fırtına zonasını keçmədən sükanı öz köməkçisinə verir. 228 nəfər sərnişinin öldüyü qəza da bundan sonra baş verir. Digər iki əsas pilot oyanan zaman artıq çox gec idi. Onlar ancaq “ola bilməz, ola bilməz, biz sürətlə aşağı düşürük!”, - deyə bilirlər.

2. Qahirədən Nyu-Yorka uçan “Egypt-990” təyyarəsi də qəflətən Atlantik okeanının üzərində qəzaya uğrayır və 217  sərnişin ekipaj üzvü ilə bərabər məhv olur. Hadisənin baş verməsi isə maraqlı olduğu qədər biabırçı bir səhvin nəticəsidir. Belə ki, uçuşun pilot qrupunun rəhbəri Əl Bətuti ilə pilotlardan birinin arasında mübahisə düşür. Onlar acıqla bir-birilərinə “bu sənin axırıncı uçuşun olacaq” deyərək mübahisə edirlər. Kapitan ayaqyoluna gedən zaman Əl Bətuti “rıçak”lardan birini aşağı əyir. Təbii ki, yalnız az öncə mübahisə etdiyi pilota sataşmaq məqsədilə edilən bu yersiz hərəkət sonradan bütün ekipaj və sərnişin heyətinin məhvinə səbəb olur. Kapitan gəlib hər şeyi tarazlayana qədər artıq iş –işdən keçir.

3. 1947-ci ildə Buenos-Ayresdən Santyaqoya (Argentinadan-Çiliyə) hərəkət edən təyyarə qəflətən uçduğu trayektoriyadan çıxır. Pilot heyəti olduqları yerin koordinatlarını xəritədə tapa bilmir. Morze əlifbası ilə əlaqə saxlayan zaman son yazdıqları söz “STENDEK” olur. Dağlar üzərində yoxa çıxan təyyarənin göndərdiyi həmin mesajı təhlil edərkən irəli sürülən versiyalardan biri də onun  yadplanetlilər tərəfindən hücuma məruz qalmasıdır. Elə “STENDEK” mesajını araşdırarkən o qənaətə gəlinib ki, yadplanetlilər sərnişinlərdən birinin apardığı yüklə xüsusi olaraq maraqlanıblar. Bu ehtimallar sonradan öz təsdiqini tapmasa da, 1947-ci ildə qəfildən yoxa çıxan və dağlara çırpılaraq məhv olan təyyarənin qəza səbəbləri hələ də tam aydınlaşdırılmayıb. O hadisədən 50 il sonra argentinalı dalğıclar həmin təyyarənin qar altında qalan parçalarına rast gəliblər.

4. “AİR-Canada -709” təyyarəsi Dallasdan Torontoya uçan zaman sərnişinlərin ağlına da gəlməzdi ki, o qədər də uzaq olmayan məsafədə onları ölüm gözləyə bilər. Amma bu hadisə baş verir. Maraqlı və qəribə məqamlardan biri də budur ki, havadan sağ-salamat enə bilən sərnişin və pilotlar yerdə həlak olurlar. 1988-ci ildə olan hadisə əslində bu cür baş verib: təyyarənin arxasından yüngül dumanın içəri dolduğunu görən ekipaj heyəti onu yerə endirməyə cəhd edir. Bu zaman tüstü dumanı sürətlə içəri yayılır. Bütün maneələrə baxmayaraq, pilot qrupu təyyarəni yerə endirir. Amma yerə enən zaman artıq gec idi. Həm içəri daxil olan qara tüstü dumanı, həm də qapıların açılmasından sonra baş verən yanğın sərnişinlərin ölümünə səbəb olur. Nəticədə 46 adamdan 23-ü həlak olur.

5. 2014-cü ildə Malayziyanın Kuala-Lumpur şəhərindən Çinə uçan təyyarə qəfildən okean üzərində yoxa çıxır. Azərbaycan da daxil bütün dünya mətbuatı bu hadisə barəsində mütəmadi yazılar hazırlayır. Amma bu il martın 8-də qəzanın bir illiyi ilə əlaqədar hazırlanan 540 səhifəlik raportda maraqlı bir versiya da var. Həmin versiya budur: əslində heç bir ölüm hadisəsi baş verməyib. Belə ki, guya pilot qrupu Malayziyada kimsənin yaşamadığı adaya təyyarəni endiriblər. Qəribə versiyanın ən qəribəsi də budur ki, həmin təyyarə kimsəsiz adaya pilotun intihar etmək istəyi üçün endirilib. Bu gün də 239 Malayziya ailəsi öz yaxınlarından xəbər gözləyir.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi