Modern.az

Deputatlığa namizədlik üçün imza vərəqələri alan jurnalistlər...

Deputatlığa namizədlik üçün imza vərəqələri alan jurnalistlər...

Media

17 Sentyabr 2010, 11:48

Siyahı qəribə və rəngarəngdir 


2010-cu ildə Milli Məclisə keçiriləcək seçkilər media mənsublarının da diqqətindən kənarda qalmayıb. Özünün imkanlarını bu seçkilərdə sınamaq istəyən KİV nümayəndələrinin bir neçəsi artıq DSK-lardan imza vərəqələrini götürüb.  

Modern.az
indiyədək namizədliyini rəsmi qaydada verən media təmsilçilərinin sayını araşdırıb. MSK-dan saytımıza verilən məlumata görə, bu günə kimi DSK-larda 7 nəfər jurnalist depuatalığa namizəd olmaq üçün imza vərəqələrini götürüb.

Bu ilkin siyahı maraqlı və rəngarəngdir. Məsələn, Gəncədən seçkilərə qatımaq üçün hələki bir jurnalist DSK-ya müraciət edib. Düzdür, bu şəxsin mediaya nə dərəcədə aid olduğunu müəyyən edə bilmədik. Çünki 40 saylı Gəncə ikinc seçki dairəsi üzrə imza vərəqələri götürmüş Elşad İbrahimov  MSK-nın sənədlərində “Şahin qəzeti” MMC-nin rəhbəri kimi göstərilib.  

Azərbaycanda “Həqiqət bürcü” adında qəzet də varmış. Bu qəzetin adının ortaya çıxmasına görə Mətbuat Şurasının sədri Əflatun Amaşov DSK-ya təşəkkür etməlidir. Bu ekzotik adı olan qəzetin baş redaktoru Şərqiyyə Seyidova namizədliyini 114 saylı Şəki kənd birinci seçki dairəsindən verib.  Həqiqət ulduzuna inanan baş redaktor artıq imza yığmaqla məşğuldur.

Daha bir inqilabi-romantik adlı qəzetin rəhbəri də seçkilərə qatılıb. Bu “Haqlı tələb” qəzetinin baş redaktoru Fəxrəddin Babayevdi. Bu jurnlaist 16 saylı Yasamal ikinci seçki dairəsindən qeydiyyatdan keçib və ona imza vərəqələri verilib. Maraqlıdır ki, “Haqlı tələb” qəzetinin (?) baş redaktoru Fəxrəddin Babayev eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvüdür. Görünür, Fəxrəddin bəyin üzvü olduğu YAP-ın namizədlərə verdiyi “YAP-dan yalnız bir nəfər” göstərişindən xəbəri yoxdu. Ya da...

10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə imza vərəqəsi alan digər jurnalist  “Azərbaycan Naminə” qəzetinin baş redaktoru Vahid Musazadə olub.

DSK-lardan imza vərəqələri götürən jurnalistlər arasında tanıdığımız şəxslər də var.

Məsələn, 63 saylı Sabirabad birinci seçki dairəsindən “Bizim Soy” qəzetinin baş redaktoru Razi Abbasov da imza vərəqələri götürüb.

95 saylı Tərtər seçki dairəsi üzrə isə “Ekspress” qəzetinin müxbiri Aygün Məhərrəmova (Akifqızı) imza vərəqələrini alıb. 

20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə “Ölkə” qəzetinin baş redaktoru Xəzər Teyyub imza vərəqələrini alıb.

Marafon davam edir..

Xaqani Səfəroğlu  

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi