Modern.az

Putinə qarşı çıxan deputatın toxunulmazlığı ləğv edildi

Putinə qarşı çıxan deputatın toxunulmazlığı ləğv edildi

7 Aprel 2015, 22:21

Rusiya Dövlət Duması deputat İlya Ponomaryovun deputat toxunulmazlığından məhrum edilməsi və ona qarşı cinayət işinin qaldırılmasına razılıq verib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qərarı 438 deputat dəstəkləyib, biri “yox”deyib, bir deputat isə bitərəf qalıb. Rusiya baş prokurorunun müavini Aleksandr Buksmanın iclasda verdiyi məlumata görə, Ponomaryov “Skolkovo” fondunun vəsaitlərinin israfçılıqla xərclənməsində əlbir olmaqda təqsirli bilinir:

“Ponomaryovun bir mühazirəsin dəyəri 906 min rubl qiymətləndirilib”.

Dumanın fraksiyalarının nümayəndələri bəyan ediblər ki, Ponomaryovun deputat toxunulmazlığının götürülməsinin lehinə can-başla səs verəcəklər. Onlar bununla həm də Ponomaryovu ikiqat cəzalandırıblar. Çünki o yeganə deputatdır ki, Krımın Rusiyaya birləşdirilməsinin əleyhinə səs verib. Bu səbəbdən həmkarları onu “Rusiyanı satan” və “Vlasovçu” adlandırırdılar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır