Modern.az

MM-in komitə sədrinin müavini namizədliyini irəli sürüb

MM-in komitə sədrinin müavini namizədliyini irəli sürüb

17 Sentyabr 2010, 12:57

Modern.az saytı xəbər verir ki, hazırda 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputat seçilmiş Eldar Quliyev yenidən namizədliyini bu dairədən irəli sürüb. Bu barədə saytımıza deputat özü məlumat verib. O, bildirib ki, yaxın günlərdə imza vərəqələrini DSK-ya təqdim edəcək.

Eldar Quliyev 1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olub. Azərbaycan Kooperasiya Universitetinin fəxri professorudur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qızıl medalı ilə təltif edilib. Beynəlxalq Kooperasiya Alyansının üzvüdür. Rus və ingilis dillərini bilir.
1973-cü ildən Ümumittifaq Əməyin Elmi Təşkili İnstitutunun Azərbaycan filialında iqtisadçı, Bakı Şəhər Sənaye Malları Ticarəti İdarəsində əmtəəşünas işləyib. 1976-cı ildən univermaq direktoru, 1983-cü ildən ticarət idarəsinin direktor müavini, direktoru, 1987-ci ildən Bakı Şəhər İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 1990-cı ildən «Azərittifaq»ın İdarə Heyəti sədrinin müavini vəzifələrində çalıışıb. 1993-cü ildən «Azərittifaq»ın İdarə Heyətinin sədridir.
Bitərəfdir.
İkinci çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin sədrinin müavinidir.  

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır