Modern.az

Robert Köçəryan: “Ermənistan iflasa gedir”

Robert Köçəryan: “Ermənistan iflasa gedir”

8 Aprel 2015, 14:56

Ermənistanın sabiq prezidenti Robert Köçəryan növbəti dəfə Serj Sərkisyan hakimiyyətini tənqid edən açıqlamlar verib. Modern.az xəbər verir ki, 2rd.am saytına müsahibəsində “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanın istefasını, Ermənistan hakimiyyətinin mövcud kadr siyasətini tənqid edib:

“Mən son illərin siyasi proseslərini diqqətlə izləsəm də, heç vaxt onların iştirakçısı olmamışam. Qaqik Tsarukyanla yaxşı münasibətlərim var idi. Bununla belə, pərdəarxası heç bir siyasi razılaşmamız və əməkdaşlığımız yox idi. “Çiçəklənən Ermənistan” Partiyasını dağıtmaqla təbii ki, iqtidardakı Respublika Partiyası öz işini asanlaşdırıb. Ölkədəki siyasi monopoliya toxunulmaz qaldığı üçün digər siyasi-sosial problemlər də qabarıq şəkildə özünü biruzə verir”.

Robert Köçəryan Sərkisyan hakimiyyətinin iqtisadi siyasətiin də tənqid edib. O, yalnız İran üzərindən sanksiyaların geri götürülməsinin və neftin qiymətinin ucuz qalmasının Ermənistanı xilas edəcəyini düşünür:

“Xarici valyuta ehtiyatlarımızın bir neçə il ərzində ardıcıl azalması istənilən ekspert rəyindən daha aşkar nümunədir. Xarici borclarımız artmaqda davam edir. İllik 7,5 faizlə avrobond səhmlərinin alınması ölkə iqtisadiyyatının bərbad durumunu göstərir və Ermənistanı iflas olmaqla üz-üzə qoya bilər. Bunun çarəsizlikdən edildiyini anlayıram, amma borca girmək çıxış yolu deyil.

İki müsbət məqamı qedy etmək istərdim:

1. İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin çözülməsi və sanksiyaların aradan qaldırılması. Bu, Ermənistan iqtisadiyyatı qarşısında yeni perspektivlər açacaq və regionun geosiyasi vəziyyətini tarazlayacaq.

2. Neftin qiymətinin dünya bazarında uzunlaşması. Neftin qiymətinin ucuz olması Azərbaycanı öz hərbi potensialını əvvəlki kimi artırmağa imkan verməyəcək. Ölkə rəhbərliyi öz valyuta ehtiyatlarının və neft-qaz gəlirlərinin əsas hissəsini sosial stabilliyin həllinə yönəltməyə məcbur olacaq. Bu isə Azərbaycanın son illərdəki hərbi ritorikasını bir az soyudacaq”.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir