Modern.az

Səxavətli Kreml - Rusiyanın borcunu sildiyi ölkələr - SİYAHI

Səxavətli Kreml - Rusiyanın borcunu sildiyi ölkələr - SİYAHI

9 Aprel 2015, 14:47


Dərin böhran və sanksiyalar şəraitində Rusiya ondan müxtəlif illərdə çoxmilyardlı kredirlər və yardımlar alan dövlətlərin borcunu silməkdə davam edir. Ekspert hesablamalarına görə, təkcə son 20 ildə Rusiya rəhbərliyi ona borclu dövlətlərin 140 milyard dollar xarici borcunu silib.

Modern.az həmin ölkələri və onlara bağışlanan kapitalın məbləğini təqdim edir.

1996-cı ildə Rusiya Anqolanın ödəməli olduğu 3,5 milyard dollar borcunu silib.
1998-ci ildə isə Rusiya iqtisadiyyatı çökür, ölkədə defolt elan olunur. Mütəxəssislər 1998-ci il iflası nəticəsində iqtisadiyyata 96 milyard dollar zərər dəydiyini müəyyən edirlər.

Buna baxmayaraq, 1 il sonra Rusiya rəhbəri Boris Yeltsin bir qrup Afrika ölkəsinin (Tanzaniya, Mali, Madaqaskar və Mozambik) 14 milyard dollar borcunu silir.

2000-ci ildə yeni prezident Vladimir Putin Vyetnamın Rusiyaya olan borcunun əsas hissəsini (11 milyard dolların 9,5 milyardını) silir. Şimal qonşumuza 4,8 milyard dollar ödəməli olan Efiopiyanın borcları isə 2 mərhələdə silinir. 2001-ci ildə 3,8 milyard dollar, 2005-ci ildə yerdə qalan məbləğ.

2003-cü ildə Rusiya Monqolustanın 11 milyard dollar, 2004-cü ildə isə İraqın 10 milyard dollar borcunu silir. 2008-ci ilin fevralında İraqın ödəməli olduğu daha 12 milyard dollar vəsait bağışlanır. Ardınca Suriyanın ödəməli olduğu 9,8 və Nikaraquanın 4 milyard dollar borcu silinir.

Kremlin səxavəti sayəsində Əlcəzair 5 milyard, Əfqanıstan 11 milyard, Liviya 4,6 milyard dollar borcdan azad olunur.

Son illərdə isə Rusiya Şimali Koreya Xalq Respublikasını (11 milyard dollar) və Kubanın (30 milyard dolllar) borcunu bağışlayıb.

2013-cü ilin aprelində Vladimir Putin Qızğızıstanın ölkəsi qarşısındakı 500 milyon dollar borcunu silib.

2014-cü ilin dekbarında Özbəkistana səfəri zamanı Vladimir Putin Özbəkistanın ödəməli olduğu 895 milyon dollar borcun 865 milyonun silindiyini və yerdə qalan 25 milyon dolların bir neçə il ərzində Rusiyaya ödəniləcəyini elan edir.

Beynəlxalq maliyyə institutlarının məlumatına görə, Rusiyaya əsasən Afrika və Asiya ölkələri daxil olmaqla 50-dən artıq dövlətin 78 milyard borcu var.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?