Modern.az

Nazirdən sensasion AÇIQLAMA: Türkiyə TANAP-dan imtina edə bilər

Nazirdən sensasion AÇIQLAMA: Türkiyə TANAP-dan imtina edə bilər

9 Aprel 2015, 16:18

 

“Daha sərfəli ticarət təklifi olarsa, Türkiyə TANAP layihəsindəki iştirak payını sata bilər”. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə sensasiyalı bəyanatla enerji və təbii qaynaqlar naziri Taner Yıldız çıxış edib.  

O qeyd edib ki, hazırda bir sıra ölkə TANAP layihəsinə maraq göstərir.  

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıyan TANAP çərçivəsində Azərbaycandan bu ölkəyə  ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır.

Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi planlaşdırılır.

TANAP layihhəsi 10-11 milyard dollar dəyərində qiymətləndirilir.  

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%. 

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?