Modern.az

Putin bədəndəki ən kiçik çatı axtarır

Putin bədəndəki ən kiçik çatı axtarır

10 Aprel 2015, 00:43

 

“Əgər Vladimir Putin olmasaydı, onu uydurmaq lazım olacaqdı. Bu, əlbəttə ki, Avropanın marağındadır”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avstriyanın “Die Presse” nəşrinin siyasi icmalçısı Eduard Ştayner yazdığı məqalədə bildirib.  

Müəllif yazıb ki, keçən illər ərzində Rusiya prezidenti Vladimir Putindən başqa heç bir Avropanın zəifliklərini səmimi şəkildə göstərməyib.  

Məqalədə yazılıb ki, Kreml başçısı Vladimir Putinin belə hərəkət etməsi təkcə onun sərtliyindən irəli gəlmir.  

“Putin öz rəqibini daxildən parçalamaq üçün onun  bədənindəki ən kiçik çatı axtarır. Kremldə rəqibləri zəif hesab etmirlər. Putin Avropa Birliyinin onun rəqibi olmasını heç vaxt gizlətməyib.

Düzdür, o, Avropa Birliyinin ayrı-ayrı üzv dövlətləri ilə ümumi dil tapıb. Amma Putin bütöv bir struktur kimi Avropa Birliyini güclü hesab edir”,-deyə  vurğulanıb.  

Jurnalist qeyd edib ki, bununla belə Avropa Birliyinin enerji siyasətini dəyişməsi istiqamətində Putinin göstərdiyi cəhdlər əks nəticəyə gətirib çıxardı.     

Aqşin Kərimov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər