Modern.az

Azay Quliyev deputatlığa namizədliyini irəli sürüb

Azay Quliyev deputatlığa namizədliyini irəli sürüb

17 Sentyabr 2010, 16:53


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də yenidən deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə Modern.az-a deputatın köməkçisi Şahin Nəbiyev məlumat verib. Onun sözlərinə görə, Azay Quliyev namizədliyini elə indi deputat olduğu 46 saylı Şirvan seçki dairəsindən irəli sürüb.

Millət vəkili Azay Quliyev həm də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?