Modern.az

SOS! - Ay biçarə millət, yanırıq! Yenə də ayılmırsan?..

SOS! - Ay biçarə millət, yanırıq! Yenə də ayılmırsan?..

11 Aprel 2015, 20:49


Yenə də  - dünən bədxah düşmənlərimiz (məncə, bu belədir ki var!) Bakının ortasında çoxmərtəbəli yaşayış binamızı, bu gün isə “Yaşıl bazar” deyilən bazarımızı (sonda məlum olub ki, yanğın bazarın yaxınlığında yerləşən köhnə kinoteatrda baş verib), ÖZÜMÜZÜ yandırır. Ay biçarə millət, yenə ayılmadın? 

Düşmənin açıq-aşkar mümkün ola biləcək niyyəti barədə (bu, gizli bir şey deyil – “Daşnaksutyun” bu cür hədə-qorxu ultimatumlarını daim verir) mən hələ aprelin 5-də “Feysbuk” səhifəmdə hamımıza xatırlatmış, xəbərdarlıq etmişdim... Yada salmışdım ki,  bir "axmaq" gün – ermənilərin vay-şivən günü olan 24 aprel yaxınlaşır, ayıq olmaq, sərvaxt olmaq lazımdır!

Bildirmişdim ki, o murdar, qaniçən vəhşi millət həmin günü heç də sakit, əlləri yanında qarşılamayacaq. Onlar həmin gün ərəfəsində və həmin gün öz qanlı planlarını Türkiyə və Azərbaycanın hər yerində reallaşdırmağa çalışacaqlar. Təəssüflə qeyd etmişdim ki, biz hələ də öz "kefimizdəyik" (biri FB-də "profil"ini gözəlləşdirməklə, digəri gülüş doğuran şəkil və video yerləşdiriməklə, başqa birisi aldığı 8-ci, 9-cu maşınla,  o birisi xaricdə istirahətlə, kazinoda əylənməklə, "eşq"lə və s. məşğuldur).

Bildirmişdim ki, "yatmaq" olmaz, dostlar! Düşməndən hər cür alçaqlığın gözlənildiyi bu günlərdə - bütün aprel ayı ərzində, hətta may ayında da Türkiyənin və Azərbaycanın bütün şəhər və kəndlərində, həmçinin ordu hissələrində, ictimai yerlərdə, xüsusilə də metroda maksimum ayıq-sayıq olmaq lazımdır. Daşnaklar hökmən kütləvi ixtişaşlar, təxribatlar törətməyə cəhd göstərəcək, bizim onlardan qisas almalı olduğumuz halda, əksinə - onlar hər vəchlə bizdən "qisas" almağa çalışacaqlar. Strateji obyektlərdə, ictimai və çoxmərtəbəli binalarda yanğınlar, metro və körpülərdə, adamların çox toplaşdığı ictimai yerlərdə partlayışlar törətməyə çalışacaqlar. Bunu yazmışdım …

İnanmaq istəmişdim ki, əlaqədar orqanlar belə halların qarşısını qətiyyətlə alacaqlar. Ancaq bununla belə bütün hallarda hər bir yerdə, hər dəqiqə son dərəcə ayıq-sayıq, diqqətli olmağımızın vacibliyini bildirmişdim. Bildirmişdim ki, heç cür arxayınlaşmaq olmaz! Yazmışdım axı…

Yadınıza salmaq istəmişdim ki, vaxtilə  “ermənilər Şuşaya girməz” deyib, Şuşanın müdafiəsini lazımi səviyyədə təmin edə bilmədik və ciddi müqavimət göstərmədən o müqəddəs yurdu düşmən əlinə verdik.

Az qala yalvarırdım ki, “bir daha ötən səhvlərin təkrarına yol verməyək! Gəlin hamılıqla ayıq-sayıq olaq – hər yerdə, hər an, hər addımda!”.

Yazmışdım axı… Dünən çoxmərtəbəli binamız yandırıldı, bu gün də bazarımız… Axı, bunu başa düşmək çətindirmi ki, adi elektrik “qısaqapanmasından”, yanar qoyulmuş qaz plitəsindən bu cür dəhşətli yanğınlar törənə bilməz.  Nə çətin bir şeydir başa düşmək ki, bunlar düşmən tərəfindən törədilir?..  Axı, ermənilərin bizə açıq-aşkar düşmən kəsilmədiyi vaxtlarda bu qədər yanğın, partlayış və s. faciələr baş vermirdi... Niyə bunu anlamaq istəmirik?

Heç bilirsinizmi, daşnaklar bizim yaşayış binalarını yandırmaq üçün hansı üsullara əl ata bilərlər? Birini, fikrimə gələn ən sadə variantı diqqətinizə çatdırım. Onlar bəzi satqınlarımızın əlilə (bu hallar az olmayıb ki…) çoxmərtəbəli binada ən yüksək, şirnikdirici qiymətlə (öz çirkin məqsədləri üçün onların 5-10 min dollardan keçməsi heç də çətin bir iş deyil) mənzil kirayə edib, bir-neçə gündən sonra həmin mənzili yandırıb, aradan çıxaraq yüzlərlə adamın ölümünə, ziyan çəkməsinə səbəb ola bilərlər. Və, deyəsən, artıq bu təxribatları başlayıblar… Gəlin gözümüzün görə bildiklərinə gözümüzü yummayaq, eşitməli olduğumuzu eşitməməzliyə vurmayaq!

Bəsdir ictimai və siyasi cəhalətimiz! AYIQ olaq! Yaşadığımız binada, həyətdə, iş yerlərimizdə, ictimai yerlərdə, o cümlədən METROda şübhəli adamları gözdən qoymayaq, qonşuluqda peyda olan “təzə” adamların, yanaşı yol getdiklərimizin də şübhəli hərəkətlərini nəzərdən qaçırmayaq! Sabahkı təxribat, sabahkı qəsd sənə qarşı, mənə qarşı, övladlarımıza qarşı ola bilər!!.

Unutmayaq – dünən alovu ərşə qalxmış yaşayış binası, bu gün yandırılan bazar hələ ilk təxribatlardır. Onların bir də təkrar olunmaması üçün hər yerdə, hər addımda ayıq-sayıq olmağımız son dərəcə vacibdir! SON DƏRƏCƏ!!.

Rəhman ORXAN
e-mail: 
[email protected] 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı