Modern.az

Ana 5 uşağını amansızlıqla qətlə yetirib

Ana 5 uşağını amansızlıqla qətlə yetirib

12 Aprel 2015, 21:48

Fransanın Ot-Reyn departamentinin Miluz şəhəri yaxınlığındakı Şlerbax yaşayış qəsəbəsində baş verən ailə dramı hamını şoka salıb.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, valideynlər arasında yaranan mübahisə faciəyə səbəb olub. Ana 5 uşağını amansızlıqla qətlə yetirib. Həyat yoldaşının ailəni tez-tez tərk etməsindən qəzəblənən qatil ana üç azyaşlı və iki yeniyetmə uşağına saysız-hesabsız bıçaq zərbələri endirərək onların həyatına son qoyub.

Hadisə yerinə gələn polis işçiləri gördükləri mənzərədən dəhşətə gəliblər. Qonşular bu ailədə tez-tez mübahisələrin şahidi olduqlarını bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir