Modern.az

Roma Papasının “erməni soyqırımı” bəyanatı Türkiyəni qarışdırdı

Roma Papasının “erməni soyqırımı” bəyanatı Türkiyəni qarışdırdı

13 Aprel 2015, 00:30


Roma Papası I Fransiskin uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etməsi Türkiyədə etirazla qarşılanıb.
Modern.az-ın məlumatına görə, aprelin 12-də katoliklərin dini lideri Papa Fransisk 1915 hadisələrində ölənlərin anılması məqsədilə Vatikanda təşkil edilən mərasimdəki çıxışı zamanı 20-ci yüzilin ilk "soyqırımı" qurbanlarının erməni toplumu olduğunu söyləyib.

Bu hadisənin ardından Vatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Burada səfirə "Papanın şərhiylə xəyal qırıqlığına uğradıq" söylənilib.

Eyni zamanda səfirin diqqətinə çatdırılıb ki, Papa Fransiskin ötən ilin noyabrında Türkiyə səfəri  çərçivəsində verdiyi barış mesajlarıyla indiki açıqlaması ziddiyyət təşkil edir.

Hazırda Monqolustanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu da Vatikanın Ankaradakı səfriliyilə əlaqə saxlayaraq, Papanın açıqlamasına etirazını bildirib.

"Papanın tarix və hüquqi gerçəklərdən uzaq bəyanatı qəbul edilə bilməz. Dini mövqelər əsassız ittihamlarla kin və nifrəti qızışdırma yeri deyil"-deyə Çavuşoğlu vurğulayıb.

Bu arada Türkiyə özünün Vatikandakı səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

Roma Papasına etiraz edən Türkiyənin baş naziri Əhməd Davudoğlu da "acıları birtərəfli qəbul etmək Papaya və tutduğu mövqeyə yaraşmaz" deyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi