Modern.az

Qərbin Qarabağ məsələsinə diqqət ayırması Poroşenkodan asılıdır

Qərbin Qarabağ məsələsinə diqqət ayırması Poroşenkodan asılıdır

Aktual

13 Aprel 2015, 12:24

 

“Dağlıq Qarabağ münaqişəsinin həllində durğunluq 1994-cü ildə yaranın və bu günə kimi davam edir. Durğunluq olmayan vaxtlarda keçirilən görüşlər, aparılan müzakirələr yalnız imitasiya olub”.

Bunu Modern.az saytına açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar raundunda yaranmış durğunluğu şərh edərkən deyib.

Ekspert bildirib ki, Qarabağ probleminin həllinə maneə törədən Rusiyadır.

Politoloq Ukrayna uğrunda Rusiya ilə Qərb arasında yaranmış qarşıdurmanın nəticələrinin Dağlıq Qarabağ konfliktinə təsirindən də söz açıb.   Vəfa Quluzadənin sözlərinə görə Qərb Rusiyanı yerində oturda bilsə, Qarabağ probleminin öz həllinə tapması ehtimalları güclənəcək.  

O qeyd edib ki, indiki siyasi şərtlər altında Qarabağla bağlı danışıqların aparılması gündəmdə deyil:   “İndi dünyanın bütün diqqəti Ukraynaya yönəlib. Bizim məsələ isə heç kimə maraqlı deyil. Qərbin Ukrayna uğrunda qələbəsi isə bir neçə illik prosesdir”.

“Belə fikirlər var ki, Qərbin Ukrayna uğrunda aparılan mübarizədə qalib gəlməsi Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərəcək. Bu barədə nə deyə bilərsiniz?” sualına isə Vəfa Quluzadə belə cavab verib:  

“Qərbin qələbə qazanması üçün Ukraynada islahatlar keçirilməlidir. Ukrayna gərək yüksək korrupsiya ilə mübarizə aparsın və çökmüş iqtisadiyyatını Avropa standartları səviyyəsinə gətirsin. Bunlar hamısı vaxt tələb edir. Qərb Ukraynaya maliyyə yardımı edir. Rəsmi Kiyev də nöqsanları aradan qaldırmaq üçün gərək bütün gücünü ortaya qoysun. Bununla da Avropa İttifaqı və NATO-ya girməyə qadir olmalıdır. Qərbin qələbəsi budur”.  

Aqşin Kərimov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır