Modern.az

"Yeni Müsavat"çı deputatlığa namizədliyini irəli sürüb

"Yeni Müsavat"çı deputatlığa namizədliyini irəli sürüb

18 Sentyabr 2010, 21:44

Müsavat Partiyasının 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədi, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy dünən sənədlərini DSK-ya təqdim edib. Bu barədə Modern.az-a E.Paşasoy özü məlumat verib. O, deyib ki, DSK onun sənədlərini qəbul edib və beş gün müddətində sənədləri təsdiqlənəndən sonra imza vərəqələrini götürə biləcəyinə dair məlumatlandırılıb.

E.Paşasoy bildirib ki, onun “AXCP-Müsavat” blokunun vahid namizədi olması ilə bağlı müzakirələr davam edir: “AXCP-nin namizədi Müsavat Partiyasının namizədinə güzəştə gedə biləcəyinə dair xoş mövqe ifadə edib. İnanıram ki, “AXCP-Müsavat” blokunun vahid namizədi olmağım üçün problem yaranmayacaq”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi