Modern.az

Əhalinin əmlakının banklar ətrafında cəmləşməsi sosial partlayışa səbəb olacaq – Əli Məsimli

Əhalinin əmlakının banklar ətrafında cəmləşməsi sosial partlayışa səbəb olacaq – Əli Məsimli

14 Aprel 2015, 15:05

“Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi həddindən artıq mürəkkəbdir”.

Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Əli Məsimlinin fikrincə, investorlar bu qanun layihəsini başa düşmək üçün yanlarında tərcüməçi saxlamalıdır: “Hesab edirəm ki, yeni qanun layihəsinin dili sadələşdirilməlidir. Qiymətli kağızlar bazarını liberallaşdırmaq lazımdır. Oradakı oyunçuları qorxutmamaq, onların maraqlarını və hüquqlarını təmin etmək lazımdır. Ancaq qanun layihəsində bir sıra boşluqlar var. 30-cu maddədə Mərkəzi Banka investisiya şirkəti statusu verilir. Bu, düzgün deyil”. Əli Məsimlinin sözlərinə görə, banklarda faizlər kəllə-çarxa çıxdığı bir vaxtda Mərkəzi Banka belə bir statusun verilməsi düzgün deyil: “Devalvasiydan sonra faizlərin daha da artacağı deyilir. Status verilərsə, əhalinin əmlakları bankların ətrafında cəmləşəcək. Bu isə sosial partlayışa səbəb olacaq. Bunun qarşısında dayanmaq mümkün deyil. Bu cür maddələrdən uzaq durmaq lazımdır”.

Deputat onu da əlavə edib ki, Azərbaycanın 10 milyona yaxın olan əhalisini 3-4 dəfə artıqlaması ilə dolandırmaq mümkündür: “Bunun üçün dövlətin kifayət qədər iqtisadi potensialı var. Bu cür qanun layihələri qəbul edilərkən diqqətli olmaq lazımdır. Xahiş edirəm, səsləndirdiyim təkliflər qanun layihəsi ikinci oxunuşa çıxarılana qədər nəzərə alınsın”.

Sonda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır