Modern.az

“Dairəmə başqa bir namizəd göndərilsəydi narazılığımı bildirərdim”

“Dairəmə başqa bir namizəd göndərilsəydi narazılığımı bildirərdim”

Parlament

19 Sentyabr 2010, 14:00

Yeni Azərbaycan partiyasının elan etdiyi namizədlər siyahısından kənarda qalmış 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən millət vəkili Gülhüseyn Əhmədov bununla bağlı mövqeyini Modern.az-a açıqlayıb. O, siyahıya həmin dairə üzrə adı salınmış Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanova böyük hörməti olduğunu deyib və onunla yaxşı münasibətlər saxladığını vurğulayıb.

“Bu dairədən digər namizəd olsaydı narazılığımı bildirərdim. Amma Əhliman müəllim görkəmli alim və tanınmış elm xadimidir. Mən ona uğurlar arzu edirəm”-deyə millət vəkili vurğulayıb.

Bununla yanaşı G.Əhmədov bildirib ki, namizədin təbliği ilə məşqul olmağa yaşı imkan vermir, odur ki, dairədə onun təbliği ilə məşğul olmayacaq.
“Amma məndən Əhliman müəllim barədə kim soruşsa, onu yaxşı və layiqli adam kimi xarakterizə edəcəyəm”.

Qeyd edək ki, 2005-ci ildə keçirilmiş parlament seçkilərində Gülhüseyn Əhmədov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP-ın namizədi kimi milət vəkili mandatı qazanıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır