Modern.az

Aydın Həsənov: “...namizədliyimi geri götürəcəyəm”

Aydın Həsənov: “...namizədliyimi geri götürəcəyəm”

Parlament

20 Sentyabr 2010, 12:30

YAP-ın icra katibi Əli Əhmədov seçkilərdə müstəqil namizəd kimi qatılmaq istəyən YAP-çıları yumşaq şəkildə tənqid edərək öz namizədliklərini irəli sürməməyi tövsiyyə edib.  

Milli Məclisin üzvü, 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə namizədliyini müstəqil olaraq  irəli sürmüş YAP-çı deputat Aydın Həsənov seçkilərdə iştirakı ilə bağlı YAP-ın mövqeyinə münasibətini açqlayıb. Modern.az-a açıqlamasında Aydın Həsənov bildirib ki, onun partiyanın rəhbərliyinə qarşı çıxmaq fikri yoxdur.

“Mən partiyaya qarşı çıxası deyiləm. Konkret mənim namizədliyimlə bağlı məsələyə gəlincə,  məsləhət bilinsə, namizədliyimi geri götürəcəyəm”-deyə deputat bildirib.

Bununla yanaşı, A.Həsənov vurğulayıb ki, əslinədə partiyanın iki namizədlə seçkilərə qatılması problem deyil. Millət vəkili hesab edir ki, kimin nufuzu çoxdursa, o qalib gələcək.

A.Həsənovun sözlərinə görə, ötən seçkilərdə YAP-ın Cəlilabad şöbəsinin rəhbəri seçkilərdə namizəd olsa da, özü qalib gəlib: “Bir daha bəyan edirəm ki, partiyanın qərarına hörmətlə yanaşacağam. Məsləhət olsa, namizədliyimi geri götürəcəyəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir