Modern.az

Coca-Cola şirkətinin əməkdaşları Bakıda zibil təmizləyəcəklər

Coca-Cola şirkətinin əməkdaşları Bakıda zibil təmizləyəcəklər

20 Sentyabr 2010, 13:00

Sentyabrın 25-də Bilgəh çimərliyi könüllülər, Coca-Cola şirkətinin əməkdaşları və onların ailə üzvləri tərəfindən zibil və tullantılardan təmizlənəcək. Modern.az-ın məlumatına görə, Bilgəh çimərliyinin təmizlənilməsinə yönəlmiş aksiya Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 25-ci ildönümü ilə əlaqədar keçirilir. Aksiya Coca-Cola şirkəti tərəfindən bütün dünyada dəstəklənir.

Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların və okeanın zibil və tullantılardan təmizlənilməsi üçün həyata keçirilən birgünlük könüllülük təşəbbüsüdür.

Bu təşəbbüsü şərh edən  Coca-Cola şirkətinin Ətraf Mühit və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Emin Dostiyari deyib: “Biz Xəzər dənizinin sahilinin təmizlənməsinə öz töhfəsini vermək istəyən bütün insanları bu aksiyada iştirak etməyə çağırırıq. Bu aksiya yalnız sahilyanı ərazinin təmizlənilməsinə deyil, həmçinin ətraf mühitin və təbiətin dəyərləndirilməsinə, çirklənməni törədən davranış tərzlərinin dəyişdirilməsinə yönəlib”.

Tədbir sentyabrın 25-də Bilgəh çimərliyində “Zibili götür. Təmizlə. Fərqi Gör!” şüarı altında keçiriləcək.

Coca-Cola şirkəti bütün iştirakçıları nəqliyyatla, üzərilərində loqotip olan  köynəklərlə, soyuq içki ilə, naharla və təmizlik üçün lazımi avadanlıqla təmin edəcək. Tədbir Amerikada Təhsil almış Məzunlar Birliyi (AAA), “Dəyirman” Productions,  RED Communications PR və BTL Agentliyi və Yaşıl Velosipedçilər Klubu tərəfindən dəstəklənir.

Aksiyada iştirak etmək üçün  4369067 yaxud 4358509 telefonlarına zəng etməklə, [email protected] ünvanına məktub göndərməklə yaxud Facebook sosial şəbəkəsindəki  tədbir səhifəsinə (//www.facebook.com/home.php?#!/event.php?eid=148891211800961&ref=ts) qoşulmaqla qeydiyyatdan keçmək olar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi