Modern.az

Rusiya Ermənistanı məyus edir: “Bu, Moskvanın siyasi qərarıdır”

Rusiya Ermənistanı məyus edir: “Bu, Moskvanın siyasi qərarıdır”

16 Aprel 2015, 22:29

 

“Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma buna baxmayaraq Rusiya Azərbaycana silah satır. Bu, paradoksal səslənmir və Qarabağ müharibəsinin təkrarlanması təhlükəsini aradan qaldırır”.  

Modern.az-ın məlumatına görə bunu Ermənistan mətbuatına açıqlamasında  Sərhədyanı Əməkdaşlıq Strateji Planlama Birlyinin rəhbəri və Strateji Konyuktur Mərkəzinin ekspertlər birliyinin üzvü Aleksandr Sobyanin deyib.   Politoloq ötən ilin avqustunda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən qanlı toqquşmaların o vaxt müharibə üçün şərait yaratdığını da deyib.  

Ekspertin sözlərinə görə Rusiya müttəfiqlər barəsindəki dərin əməkdaşlığa əsaslanan mükəmməl yanaşma ortaya qoyur.  

“Rusiya Ermənistanda hərbi bazasını qurur, amma eyni zamanda Azəbaycanla da əlaqələri möhkəmlədirir”,-deyən Aleksandr Sobyanin onu deyib ki, Rusiyanın Azərbaycana silah satışı biznes sazişi deyil. Onun fikrincə, bu, rəsmi Moskvanın siyasi qərarıdır.  

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın Azərbaycana silah satmasından ciddi narahatlıq keçirdiyini bildirmişdi. Bu məsələ hələ də Ermənistan siyasi dairələrində əsas diskussiya predmetidir.  

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır