Modern.az

Erməni ekspert həyəcan təbili ÇALDI: “Ermənistan əhalisi hər il 1% azalır”

 Erməni ekspert həyəcan təbili ÇALDI: “Ermənistan əhalisi hər il 1% azalır”

18 Aprel 2015, 15:08


Ermənistanlı demoqrafiya eksperti Ruben Yeqayan ölkəsində əhalinin sürətlə azaldığını açıqlayıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Yeqanyan Ermənistanda doğumun sürətlə azaldığını və yaxın illərdə ölüm hallarının doğumu üstələyəcəyini deyib.

“Bu gün bizdə müsbət artım hələ ki qalıb: anadan olanlar ölənlərdən 14 min nəfər çoxdur. 5-10 il sonra situasiya dəyişəcək. Hər il Ermənistan əhalisi 1% azalır. Əmək qabiliyyətli əhalinin sayı xüsusən azalmağa meyllidir”.

Ruben Yeqanyan bunu doğumun azalması ilə yanaşı, kütləvi mühacirətlə də əlaqələndirib. Demoqraf vəziyyətdən çıxış yolunu yalnız doğum hallarını həvəsləndirəcək proqramlarda görür.

Ermənistan əhalisi rəsmi rəqmlərdə 3 milyon nəfər göstərilsə də, beynəxlalq ekspertlər reallıqda Ermənistanda 2 milyona yaxın insanın yaşadığını ehtimal edirlər.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir