Modern.az

PJB-nin daha 2 üzvü namizədliyini irəli sürüb

PJB-nin daha 2 üzvü namizədliyini irəli sürüb

Media

20 Sentyabr 2010, 17:57

Parlament Jurnalistlər Birliyinin daha iki üzvü, “Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan və “Bizim Yol” qəzetinin parlament müxiri Pərviz Həşimli namizədliklərini irəli sürüblər.

Hər iki jurnalist Modern.az saytına açıqlamalarında qeyd ediblər ki, yaxın iki gündə imza vərəqələrin alacaqlar.

Pərviz Həşimli 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi,  Aqil Aslan isə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizədliklərini irəli srüblər.

Hazırda 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin deputatı Vidadi Məmmədov, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlı isə Qüdrət Həsənquliyedir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub