Modern.az

Putin 24 apreldə Yerevana gedəcək – RƏSMİ

Putin 24 apreldə Yerevana gedəcək – RƏSMİ

20 Aprel 2015, 12:52

Rusiya prezidenti Vladimir Putin aprelin 24-də “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün ermənistanlı həmkarı Serj Sarkisyanın dəvəti ilə Yerevana səfər edəcək.

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində tərəflər ölkələraraslı münasibətləri, inteqrasiya proseslərini regional və xarici məsələləri müzakirə edəcəklər.  

Bundan öncə, Fransa prezidenti Fransua Olland “soyqırımı” tədbirlərində iştirak etmək üçün Yerevana səfər edəcəyini açıqlamışdı. Onun səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü də istisna olunmur.      

Vüqar İsmayılov    


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır