Modern.az

“Fransanın Minsk Qrupundan uzaqlaşdırılmasına çalışmalıyıq”

“Fransanın Minsk Qrupundan uzaqlaşdırılmasına çalışmalıyıq”

29 Avqust 2010, 17:04


Fransa prezidenti Fransua Olland qondarma «erməni soyqırımı»nın 100-cü ildönümü mərasimində iştirak etmək üçün aprelin 24-də Ermənistana gedəcək. Qeyd edək ki, Fransa, ABŞ və Rusiya kimi ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu isə həmin ölkəyə sözügedən məsələdə tərəf tutmamağı, neytrallığı saxlamağı tələb edir. Amma göründüyü kimi, Paris Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri funksiyasını icra etsə də, bir çox hallarda tərəf tutur. Elə Fransua Ollandın qondarma «soyqırımı» ilə bağlı Ermənistana səfər edəcəyi ilə bağlı mövqeyi də Fransanın münaqişənin həllində obyektivliyini istər-istəməz sual altına alır. 

Millət vəkili Fərəc Quliyev bildirdi ki, Ollandın sözügedən səfəri Fransanın həll prosesində vasitəçilik missiyasını ciddi sual altına qoyur: "Fransa tərəfinin ATƏT-in Minsk qrupunda olmasının həmişə əleyhinə olmuşam. Hesab edirəm ki, orada ciddi dəyişikliklər olmalıdır. Daha çox bölgəni tanıyan və daha çox neytral mövqe tutanlar burada iştirak etməlidir. Fransa tarixən ermənilərin yanında olub. Bu mənada onların saxta «soyqırımı» tədbirində iştirakla bağlı verdikləri məlumat məni təəccübləndirmədi. Amma məsələ ondadır ki, həmsədr olaraq bu dövlət tamamilə bitərəf mövqedən çıxış etməli və burada ədalətsiz tərəfi qınamalıdır. Ermənistan işğalçılıq siyasəti yürüdür. Buna münasibəti aydın olmalıdır. Bunu etmirsə belə, hər halda saxta «soyqırımı» ilə bağlı məsələyə də baxmalıdır. Birinci Dünya Müharibəsində Türkiyədə yaşayan ermənilərin böyük hissəsi xaricə mühacirət edib. Digərləri isə əks tərəfdə türklərə qarşı döyüşüb. Döyüşdə ölmək isə soyqırımı sayılmaz. Ollandın həmin səfəri qərəzli şəkildə Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir. Türkiyədə Çanaqqala savaşının ildönümü ilə bağlı da dəvət edilib, amma Olland Ankaraya deyil, İrəvana gedir. Bu da birmənalı şəkildə tərəf tutmaq, ermənilərin yanında olmaqdır. Hesab edirəm ki, imkan düşdükcə Fransanın ATƏT-in Minsk qrupunda iştirakının aradan qaldırılması istiqamətində ciddi səylər göstərməliyik”.


Rüfət NADİROĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir