Modern.az

“Deputat seçilsəm, Fazil Mustafanın yanında oturacam”

“Deputat seçilsəm, Fazil Mustafanın yanında oturacam”

21 Sentyabr 2010, 12:50

Sosial İnformasiya Agentliyinin direktoru, yazıçı-publisist Taleh Şahsuvarlı qarşıdan gələn parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmək qərarına gəlib. Bu barədə Moden.az saytına məlumat verən Taleh Şahsuvarlı namizdəliyini 94 saylı Bərdə kənd seçki dairəsindən  irəli sürəcəyini bildirib.

“Mən Bərdənin Qaradəmirçi kəndində anadan olmuşam və qeydiyyatım da oradır. Qohum-əqrəbamı, məktəb yoldaşlarımı, müəllimlərimi və yaxın tanışlarımı gözə yarı hesablayıb gördüm ki,  həmin dairədə insan resurslarına görə bütün müxalifət partiyalarından daha böyük imkanlara sahibəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Bərdəni respublika miqyasında tanıdan cəmi bir neçə adam var ki, onlardan biri məhz mənəm. Hər zaman öz yazılarımda Bərdənin sosial-iqtisadi problemlərini diqqətdə saxlamışam və bu qədim yurdu bədii məkana çevirmişəm.  Bərdənin əli kətmənli analarının səsi mənə südləri kimi halaldır. Anasından halal süd əmmiş bütün bərdəlilərin mənə səs verəcəyini bildiyim üçün girdim seçimlərə”- deyə axar.az portalının rəhbəri qələbəsinə inam sərgiləyib.

Modern.az saytının “bəs, deputat seçilsəniz, parlamentdə harada oturacaqsınız” sualını Taleh Şahsuvarlı belə cavablandırıb: “Seçkilərdə bitərəf kimi iştirak etsəm də, deputat seçiləcəyim təqdirdə “İslahat” blokundan parlamentə seçiləcək millət vəkilləri ilə birgə, çox güman ki, Fazil Mustafanın yanında oturacam. Mənim BQP sədri ilə səmimi münasibətlərimin olduğu heç kimə sirr deyil”.   

Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə -ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycanda müstəqil tələbə qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru olub. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın müəllifidir. Azərbaycanın tanınmış siyasi analitiki və liberal düşüncənin əsas müdafiəçilərindən biridir. 2002-ci ildən "Pragma" Mərkəzinin, 2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur. Müəllifi olduğu "Canlanma" əsəri Qafqazda ilk tarixi metaromandır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür.

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı