Modern.az

Çanaqqala zəfərinin 100 illiyində 21 dövlət başçısı iştirak edəcək – SİYAHI

Çanaqqala zəfərinin 100 illiyində 21 dövlət başçısı iştirak edəcək – SİYAHI

Aktual

22 Aprel 2015, 10:53

 

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyədə keçiriləcək bayram mərasimlərində iştirak etmək məqsədi ilə qardaş ölkəyə 21 ölkə başçısı gələcək.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan başqa, mərasimə 3 ölkənin parlament sədri, 5 ölkənin baş naziri, 3 ölkənin vitse-prezidenti qatılacaq. Məlumatda qeyd edilir ki, Rusiya və Əlcəzair parlament, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Cibuti, Çad, Cənubi Sudan, İraq, İrlandiya, Çernoqoriya, Qətər, Şimali Kipr Türk Cümhuriyyəti, Kosovo, Makedoniya, Mali, Nigeriya, Pakistan, Seneqal, Sloveniya, Somali və Türkmənistan isə prezident səviyyəsində mərasimlərdə iştirak edəcək.

Bəhreyn, Fransa, Qabon, Qana, Qvineya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Gürcüstan, Xorvatiya, Hindistan, İraq, Litva, Livan, Kanada, Monqolustan, Mavritaniya, Mozambik, Sinqapur, Tacikistan, Tunis, Vyetnamı isə nazirlər təmsil edəcək.

İngiltərə şahzadəsi Çarlzın oğlu ilə tədbirə gələcəyi gözlənilir.  

Bundan başqa, türkiyəli jurnalistlər də daxil olmaqla, 35 ölkədən 1400-dən çox media nümayəndəsi bayram mərasimlərinə qatılacaq. 

Sevinc Yasinqızı

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?