Modern.az

Rəsmi Bakıdan Türkiyə-Ermənistan razılaşmasına etiraz

Rəsmi Bakıdan Türkiyə-Ermənistan razılaşmasına etiraz

11 Oktyabr 2009, 13:54

Azərbaycan Respublikasının Xarici Işlər Nazirliyi Türkiyə və Ermənistan arasında imzalanmış protokollarla baglı bəyanat verib.
Bəyanatda deyilir: «Məsələ ilə baglı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini Ermənistan tərəfindən Azərbaycan torpaqlarinin işğalına və Azərbaycana qarşı həyata keçirilən təcavüzə etiraz əlaməti olaraq baglayıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizlənməyə məruz qalmış 1 milyona yaxın Azərbaycan vətəndaşları öz doğma torpaqlarindan qaçqın və məcburi köçkün düşüb və işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsi məhv edilib. Bu müddət ərzində BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, ATƏT, AŞPA, IKT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Ermənistanın təcavüzkar siyasətini pisləyən, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qətnamələrə və sənədlərə Ermənistan məhəl qoymayıb və bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində heç bir irəliləyis əldə olunmayıb. 
Azərbaycan tərəfi məsələ ilə bagli Türkiyə Respublikasnın yüksək rəsmilərinin, həmçinin Baş nazir cənab Rəcəb Tayyib Ərdoganın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 14 may 2009-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisində “Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra baglayıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadiğı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz”, habelə 17 sentyabr 2009-cu il tarixində Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsində “Azərbaycan-Ermənistan arasındakı sıxıntılar açılmadığı müddətdə biz qapıları aça bilmərik… Bu problemi həll etmədən bizim o addımı atmağımız mümkün deyil” kimi səsləndirdiyi fikirlərə əsaslanır.
Dəfələrlə qeyd etdiyimiz kimi hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin Ermənistan qosunları Azərbaycanın işğal olunmus torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salir. Regionda bütün sərhədlərin və kommunikasiyalarn açılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açilmasi regional sülh və təhlükəsizlik arxitekturasıni sual altina qoyacaq».

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir