Modern.az

Arxivlər açılsa, yüz ilin tozu ermənilərin gözünə dolacaq

Arxivlər açılsa, yüz ilin tozu ermənilərin gözünə dolacaq

24 Aprel 2015, 02:32

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

ATƏT-in Minsk qrupunun üç üzv dövlətindən ikisinin prezidentinin qondarma "erməni soyqırımı"n 100 illiyinə həsr olunmuş mərasimə görə Ermənistana səfər etmələri, Qarabağ probleminin həllində onların kimin yanında olduqlarını açıq-aydın göstərir.

Osmanlı dövləti dünyaya meydan oxuyan dövründə Avropanın böyük bir hissəsini işğal etdiyini şübhəsiz ki, avropalılar unutmayıblar. Əlbəttə, bütün bunlara görə də türkləri bir çox Avropa ölkələrində sevmirlər. Amma müasir dünyada siyasi durum bir az başqadır. Əslində ABŞ, Qərb və Avropanın Türkiyədən istəyi bütün olmuşlara baxmayaraq onlardan heç də qisas almaq və ya qondarma "erməni soyqırımı"nı qəbul etməsinə məcbur etmək deyil. Əgər belə olsaydı dünya Türkiyənin "arxivlərimiz açıqdır" - çağırışını dəstəkləyər və bu məsələ tarixi bir olay olduğundan onu siyasətçilərin deyil, məhz tarixçilərin vicdanına buraxardılar. Amma bunu heç kim etmir, çünki hamı yaxşı bilir ki, "erməni soyqırımı" olmayıb. Əgər arxivlər açılsa, bu sənədlərdə yığılıb qalan 100 ilin tozu məhz ermənilərin gözünə və burnuna dolacaq. Digər tərəfdən isə, əgər tarixçilər bu məsələyə baş qoşsalar, ermənilərdən daha çox Türkiyəni sevməyənlərin və ya ondan istifadə etmək istəyənlərin əlləri göydə qalacaq. Sadəcə bütün bunlar, yeri gəldikcə Türkiyəni sıxışdırmaq üçün onu sevməyənlərin əlində olan ən yaxşı təsir vasitəsidir və onu heç vaxt itrmək istəmirlər. Onların əsl istəyi Türkiyəni əllərində "drijor çubuğuna" çevirib istədikləri kimi "idarə" etməkdir. Türkiyənin müstəqil siyasət aparması, eləcə də bu "istəkləri" qəbul etməməsi əlbəttə ki, onları qıcıqlandırır.

Bu üzdən də ötən illərə nisbətən ermənilərin bu ilki soyqırımı şousu ilə bağlı Roma papasının, Avropa parlamentinin və bir neçə ölkənin Türkiyəyə qarşı atdıqları qərəzli addımları, onların əsasən, Rusiyaya tətbiq etdikləri iqtisadi-siyasi sanksiyalarda Türkiyənin ABŞ-ı, Avropa və Qərbi dəstəkləmədiyinə görə Türkiyəni cəzalandırmaq kimi güman etmək, zənnimcə daha doğru olar.

Amma Rusiya prezidenti Vladimir Putinin Moskvada təşkil edilən “soyqırımların olmadığı bir dünya" adlı proqrama göndərdiyi ismarıcda "24 aprel 1915-ci il insanlıq tarixinin ən qorxunc və dramatik hadisələrindən və erməni xalqının soyqırımı ilə əlaqədar kədərli bir tarixdir” söyləməsi ilə "erməni soyqırımı"nı tanımasını Türkiyəyə "çox sağ ol" deməsi kimi qiymətləndirmək olar. O, hətta əsrlər boyu Rusiyanın özünün koloniyasında saxlanılan xalqların haqlarını unudaraq "etnik şəxsiyyətlərə görə kütləvi qırğının haqlı səbəbi ola bilməz və beynəlxalq cəmiyyət bu cür vəhşiliyin heç bir zaman və heç bir yerdə təkrarlanmaması üçün hər şeyi etməyə borcludur" deyir. Belə çıxır ki, deyəsən, Putin əsrlər boyu Rusiya İmperiyası tərəfindən müxtəlif xalqlara qarşı apardığı qırğınları və əsassız təqibləri burada sadəcə istisna hesab edir.

Bu arada dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları qondarma "erməni soyqırımını" ya tanıyır, ya da bu iddianı qəbul edirlər. Hər il bu qondarmaya qonanların sayının dayanmadan artmasına baxmayaraq dünya ölkələri arasında xüsusi çəkiyə malik olan Türkiyə, nədənsə bu iftiraya qarşı hələ ki, lazımı addım ata bilmir. Əksinə, bütün meyarlar üzrə dünyanın ən əxlaqsız xalqı olan ermənilərə Türkiyə başqanları siyasi etika nümayiş etdirərək 1915-ci ildə köçürülmə zamanı yollarda, dağ aşrımlarında ölən Osmanlı ermənilərini hörmətlə andıqlarını və onların nəvələrinin dərdlərinə şərik olduqlarını ifadə edirlər.

Məgər Türkiyənin bu humanistliyi, birbaşa olaraq ermənilərin dövlət olaraq siyasi ideologiyalarını gücləndirmirmi, onların çoxdanki arzularının - dənizdən-dənizə böyümələrinin reallaşmasına siyasi zəmin yaratmırmı?

Güman etmək olar ki, Türkiyənin Ermənistan hökumətinin "erməni soyqırımı" adlı təhqirinə qarşı yumşaq davranması, orada qeydiyyatsız yaşayan 100 minə yaxın erməni miqrantlarının əməllərinə hərtərəfli göz yumması, sonda heç də onu yaxşılığa doğru  aparmayacaq. Əksinə, bu gedişlə Ermənistan Türkiyəni qondarma "erməni soyqırımını" tanımağa məcbur edəcək. Sonra Hayların Haaqa məhkəməsi qarşısında təzminat tələbi ilə hayqırmalarını təsəvvür etmək zənnimcə heç kimə çətin olmaz.

Hələ ermənilərin həyasızlığını nəzərə alsaq, bu min üzlü hayların, ikiüzlü dünya siyasətbazlarının dəstəyi ilə, Türkiyədən tələb edəcəyi təzminatlardan əlavə, nə qədər təəccüblü səslənsə də "İki dövlət bir millət" deyimini əsas gətirərək Qarabağı Azərbaycandan həm də hüquqi şəkildə qoparıb təzminat qismində Ermənistana birləşdirməyə iddialı ola bilmələrini də  güman etmək olar.

Düzdür bu ehtimal gülməli görünsə də, amma ATƏT-in Minsk qrupunun üç üzv dövlətindən ikisinin prezidentinin - V.Putin və F.Ollandın qondarma "erməni soyqırımı"n 100 illiyinə həsr olunmuş mərasimə görə Ermənistana səfəri, Qarabağ probleminin həllində onların kimin mövqeyini daha çox dəstəklədiklərini və kimin yanında olduqlarını açıq-aydın göstərir.

Maraqlıdır, dünyaya İnsan haqları prinsipi deyə car çəkən ABŞ, Qərb və Avropa öz siyasi gedişləri ilə nədənsə bu prinsiplərin sanki yer üzündə yalnız haylar üçün yazıldığını göstərirlər. Bəs, 1918-ci ilin martında Azərbaycancanın bir çox bölgələrində soyqırımına məruz qalmışlara, bundan başqa hələ torpaqda qanı qurumayan Xocalı soyqırımına görə kim cavab verməlidir?

Bütün olanlara baxmayaraq, Türkiyə çox əsrlik dövlət ənənəsinə söykənərək öz siyasi iradəsini ortaya qoyub qondarma "erməni soyqırımı" məsələsində müdafiə olunmaqdan və humanistlikdən əl çəkməlidir. Türkiyə "ən yaxşı müdafiə hucumdur" prinsipinə uyğun olaraq hərəkət etməlidr. O neçə illərdir ermənilər tərəfindən bütün dünyada qondarma "soyqırımı" adı ilə şantaja məruz qoyulduğunu əsas gətirərək, Ermənistan dövlətini, eləcə də ayrı-ayrı ermənipərəst və ya ermənilərə pul müqabilində satılaraq beynəlxalq aləmdə Türkiyənin nüfuzuna zərbə vuran siyasətbazları şər və böhtan atdıqlarına görə beynəlxalq məhkəməyə verməlidir.

Türkiyəyə Çanaqqala zəfərinin 100 illiyini qeyd etmək üçün səfər etmiş 21 dövlət başçısının, Ermənistana qondarma "erməni soyqırımı"nı yad etməyə gedənlərdən sayca 5 dəfə artıq olması, zənnimcə hələ ki, haqqın üzülmədiyini göstərir. Yetər ki, Türkiyə siyasi iradə nümayiş etdirib Ermənistanı beynəlxalq məhkəməyə versin. Şübhəsiz ki, yuxarıda qeyd etdiyim kimi o zaman bu olaylarla bağlı Türkiyə və digər ölkələrin arxivlərində saxlanılan tarixi sənədlərin tozunun ermənilərin gözünə və burnuna dolacağını hamı görəcək. Buruna dolan tozu isə yalnız asqırmaqla çıxarmaq mümkün olduğundan, ermənilər onda gərək mütləq asqırsınlar ki, həm bu tozdan, həm də 100 illik bu röyadan ayılsınlar.   

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir