25 sentyabr 2018, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR
Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR
23.10.2017, 09:48

Azərbaycanın mədəniyyət tarixində nakam tale yaşamış xeyli sənətkar olub. Amma aralarında elələri də var ki, onlar faciəli ömür yolu ilə bərabər, faciəli ölüm də yaşayıblar.

Modern.az saytı bu yazısında faciəli surətdə dünyalarını dəyişən sənətkarlardan, mədəniyyət xadimlərindən bir qismini təqdim edir:

Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə “Hümayun” xalq ansmblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib. Yaratdığı “Qarabağ”  instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi incəsənət tarixinə düşüb.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Oğlu Bəxtiyar Məmmədov hazırda diplomatiya sahəsində çalışır.

Xanəndə Firuz Səxavətin böyük qardaşıdır.

 


Müğənni Nəzakət Məmmədova.
Bu xanım müğənni  qısa ömür yaşadı.  Buna baxmayaraq bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil etdi. Özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerji onu hamının sevimlisinə çevirmişdi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəydi. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb oldu. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişdi. Səriştəsiz “həkim” isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildi.


Cazmen Rafiq Babayev.
Azərbaycan musiqisində özünəməxsus dəsti-xətti olan, xüsusən də caz janrının inkişafında az qala Vaqif Mustafazadə qədər iş görən Rafiq Babayev də faciəli şəkildə dünyasını dəyişən sənətkarlar sırasındadır. O, 1994-cü il martın 19-da erməni ekstremistlərinin Bakı metrosunda təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Metroda törədilmiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.


Müğənni Xeyransa Məmmədova.
Cəmi 29 yaşında vəfat edən bu xanım müğənni  qısa həyatında özünü yaxşı mənada fərqləndirməyi bacardı. Ondan daha böyük nailiyyətlər gözləyirdilər. Amma gənc xanım ailə həyatını daha üstün tutdu. Şəkər xəstəliyinə görə həkimlər ona ana olmağa icazə vermirdilər. Amma o, ana olmağa üstünlük verdi və uşaq dünyaya gətirən zaman vəfat etdi.


Aktyor Ələsgər Ələkbərov.
Hər zaman ağır xarakterli, ciddi görkəmli dramatik rolların ifaçısı kimi tanınan aktyor Ələsgər Ələkbərovun kinodakı son işi Rüstəm kişi obrazını canlandırdığı “Böyük dayaq” filmi oldu. “Böyük dayaq” filminin adını çəkməyimiz təsadüfi hal deyil. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, “Lal Hüseyn-Rüstəm kişi davası” çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur.
O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi görmək də qismət olmur.


Aktyor Kamil Məhərrəmov.
“Evlənmək istəyirəm” (“Papaq”) filmindəki dilsiz-ağızsız tütək çalan Hüseyn, “Dərviş Parisi partladır”da Qəmbər,  “Yol əhvalatı”nda Paşa obrazlarını canlandıran aktyor Kamil Məhərrəmov da çox qəribə bir ölümlə bu dünyaya vida deyib.
Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Buna görə də avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. 52 yaşında vəfat edən aktyorun həyatında faciəli məqamlar çox oldu. Təbii ki, burada onun öz sağlamlığından çox içkini sevməyi də əsas rol oynayırdı.


Aktyor Ağadadaş Qurbanov.
Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri, SSRİ xalq artisti Ağadadaş Qurbanov da ani bir səhvin üzündən dünyasını dəyişib. Xalq artisti Gülxar Həsənovanın həyat yoldaşı, aktrisa Gülşən Qurbanovanın atası olan qocaman aktyorun ölümünə səbəb eyvan olub.  “Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda olub. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar  faciəli şəkildə ölüb.


Ağadadaş Qurbanovun aktyor oğlu Hamlet Qurbanov
da faciəli ölümlə üzləşib. Uzun müddət xərçəngdən əziyyət çəkən istedadlı aktyor ölümü ərəfəsində  çox az adam tərəfindən xatırlanıb. Aktyorun özü də, ətrafı da tez bir zamanda onun öləcəyini bilirdilər. Lakin ölümünə yaxın üzləşdiyi şiddətli ağrılardan xilas olmaq üçün əksər hallarda lazım olan iynə və dərman preparatları belə, ona çox görüldü.
Deyilənə görə, dəhşətli ağrılar içində qovrulan Hamlet yaxınlarına yalvarırmış ki, “mənə iynə vurun ki, ölüb acılardan xilas olum”. Aktyor elə-beləcə 1995-ci ildə ağrı içində faciəli şəkildə vəfat edib.


Aktyor Hamlet Xanızadə.
Bu böyük aktyorun da ölümü faciəvi və ibrətamiz məqamlarla doludur. 1990-cı ilin 20 Yanvar hadisələri Hamlet Xanızadənin öz həyatında faciəyə səbəb olub. O,  ölümünə yaxın hər gün Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərə yas tutur.  Öldüyü  gün də  Şəhidlər Xiyabanına gedir, kövlərlib, ağlamaq istəyir. Amma səhnədə dəfələrlə ağlayan aktyorun nə qədər istəsə də, gözündən bir damcı yaş çıxmır. Kinostudiyaya qayıdır və orada halı dəyişir. Başına yığılan sənət dostlarına “Narahat olmayın, mən şəhidlərin heç birindən artıq deyiləm” deyir. Daha bir qəfil ölüm...


Müğənni Eyvaz Həsənov.
Öz vizual görkəminə görən seçilən xanım müğənni Təranə Vəlizadənin həyat yoldaşı və duet ortağı olan  Eyvaz Həsənov da faciəli şəkildə dünyasını dəyişib. Avtomobil qəzası onun da həyatına son qoydu. Bu ölümdən sonra çox şey dəyişdi. Çoxlarının gələcəyinə həsəd apardığı Təranə Vəlizadə uzun müddət səhnədən uzaq düşdü. Bu gün bir çox mahnıları müğənnilər tərəfindən ifa edilən Eyvaz Həsənov isə demək olar ki, tamamilə yaddan çıxdı.


E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı
25.09.2018, 11:38

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək
25.09.2018, 11:30

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ
25.09.2018, 11:23

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI   
25.09.2018, 11:20

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI  

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü
25.09.2018, 11:15

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı
25.09.2018, 11:12

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib
25.09.2018, 11:12

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"
25.09.2018, 11:09

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək
25.09.2018, 11:07

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür
25.09.2018, 11:06

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür

Göyçayın xurma bağları xəstəliyə yoluxub
25.09.2018, 11:03

Göyçayın xurma bağları xəstəliyə yoluxub

Onlara da diplomatik pasport veriləcək
25.09.2018, 11:01

Onlara da diplomatik pasport veriləcək

Prezident icra başçıları ilə bağlı Milli Məclisə layihə təqdim etdi
25.09.2018, 10:59

Prezident icra başçıları ilə bağlı Milli Məclisə layihə təqdim etdi

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq
25.09.2018, 10:56

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi
25.09.2018, 10:54

Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi

Kapital Bank-ın müştərisi Milana səyahət qazanıb
25.09.2018, 10:53

Kapital Bank-ın müştərisi Milana səyahət qazanıb

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək
25.09.2018, 10:46

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək

Milli Məclisin payız sessiyasının ilk iclasının GÜNDƏLİYİ   
25.09.2018, 10:45

Milli Məclisin payız sessiyasının ilk iclasının GÜNDƏLİYİ  

Bu cərimələr artırılır – 10 min manat....
25.09.2018, 10:44

Bu cərimələr artırılır – 10 min manat....

Koçaryan Paşinyanı məhkəməyə verdi
25.09.2018, 10:40

Koçaryan Paşinyanı məhkəməyə verdi

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib
25.09.2018, 10:38

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək
25.09.2018, 10:36

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”   
25.09.2018, 10:36

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”  

Məmur olmaq istəyənlər sınağa çəkiləcək
25.09.2018, 10:30

Məmur olmaq istəyənlər sınağa çəkiləcək

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir
25.09.2018, 10:24

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib
25.09.2018, 10:19

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib

ATƏT sərhəddə monitorinq keçirəcək
25.09.2018, 10:13

ATƏT sərhəddə monitorinq keçirəcək

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb
25.09.2018, 10:09

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR
25.09.2018, 10:07

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR
25.09.2018, 10:04

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR

UNEC-də imtahan prosesi təkmilləşdirilir
25.09.2018, 09:59

UNEC-də imtahan prosesi təkmilləşdirilir

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 
25.09.2018, 09:56

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 

Cəbhədə şiddətli atışma oldu
25.09.2018, 09:50

Cəbhədə şiddətli atışma oldu

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”
25.09.2018, 09:44

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
25.09.2018, 09:42

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR
25.09.2018, 09:17

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  
25.09.2018, 09:12

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər   
25.09.2018, 09:00

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər  

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR
25.09.2018, 08:22

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
25.09.2018, 07:58

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı
25.09.2018, 00:47

Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı
25.09.2018, 00:30

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO     
25.09.2018, 00:20

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO    

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi
25.09.2018, 00:16

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO
24.09.2018, 23:57

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO
24.09.2018, 23:42

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO

“Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirmək niyyəti daşıyır” - Nazir
24.09.2018, 23:24

“Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirmək niyyəti daşıyır” - Nazir

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO
24.09.2018, 23:08

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO

Neftçalada ana və azyaşlı oğlu qidadan zəhərləndi
24.09.2018, 22:51

Neftçalada ana və azyaşlı oğlu qidadan zəhərləndi

İran prezidenti ABŞ-la bağlı şərtləri açıqladı
24.09.2018, 22:30

İran prezidenti ABŞ-la bağlı şərtləri açıqladı

ARXİV