Modern.az

Qazaxıstandakı prezident seçkilərinin ilkin nəticələri aprelin 27-də açıqlanacaq

Qazaxıstandakı  prezident seçkilərinin ilkin nəticələri aprelin 27-də açıqlanacaq

26 Aprel 2015, 23:27


Aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Qazaxıstan mətbuatının məlumatına görə, növbədənkənar prezident seçkilərinin ilkin nəticələri bazar ertəsi açıqlanacaq.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Foos bildirib ki,  ilkin məlumatlara görə, səsvermədə seçicilərin 95,11 faizi iştirak edib.

Prezident seçkilərində üç namizəd - ölkənin hazırkı başçısı, “Nur Otan” partiyasının namizədi Nursultan Nazarbayev, Kommunist partiyasının namizədi Turqun Sızdıkov və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparırlar.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir