Modern.az

Nazirlər yenidən YAP-a gələcəklər? - Hakim partiyadan AÇIQLAMA

Nazirlər yenidən YAP-a gələcəklər? - Hakim partiyadan AÇIQLAMA

27 Aprel 2015, 15:14

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında əvvəllər hər həftənin cümə günü hakimiyyətdə yüksək vəzifə tutan nazirlər, komitə sədrləri və digər məmurlar mətbuat konfransı keçirirdilər.

Bu ənənə yenidən bərpa edilə bilərmi?

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az saytına deyib ki, həmin mətbuat konfranslarının əsas vəzifəsi, məqsədi hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərlə jurnalistlər arasında əlaqələrin gücləndirilməsinə xidmət etmək idi.

Hüseyn Paşayev qeyd edib ki, YAP artıq bu ənənəni formalaşdırıb:

“Belə bir ənənəni biz formalaşdırdıq və bu gün hesab edirik ki, mətbuatla hökumət nümayəndələri arasında sıx əlaqənin, münasibətin yaranmasına xeyli yardım etdik. Fikrimizcə, artıq bu cür mətbuat konfranslarının keçirilməsinə ehtiyac yoxdur”.

YAP təmsilçisi bildirib ki, hazırda həmin mətbuat konfranslarının formatı digər bir formada,  yap.org.az saytında daha effektiv formada həyata keçirilir:

“YAP-ın saytında dövlət rəsmilərinin müsahibələri, ayrı-ayrı açıqlamaları olur”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi