Modern.az

Futbolçunun meydançada ürəyi dayandı

Futbolçunun meydançada ürəyi dayandı

28 Aprel 2015, 10:53



Belçikanın “Lokeren” futbol klubunun müdafiəçisi Qreqori Mertens “Genk” komandası ilə oyun zamanı huşunu itirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində idmançı özünü pis hiss etdiyindən yerə sərilib.

Hakimlər o andaca oyunu saxlayıblar, meydançaya daxil olan həkimlər 24 yaşlı futbolçunun ürəyinin dayandığını deyiblər. Həkimlərin Qreqorinin ürək döyüntülərini bərpa etməyə çalışdığı anda polis azarkeşləri stadiondan çıxarıb.

Vacib reanimasiya prosedurundan sonra Mertens təcili yardım maşını ilə Genk şəhərindəki xəstəxanalardan birinə aparılaraq orada süni koma vəziyyətindən çıxarılıb. Hazırdan həkimlər gənc idmançını həyata qaytarmaq uğrunda çalışırlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi