Modern.az

İrandan sərt İTTİHAM: “Səudiyyə Ərəbistanı xain ölkədir”

İrandan sərt İTTİHAM: “Səudiyyə Ərəbistanı xain ölkədir”

28 Aprel 2015, 15:48


İran Səudiyyə Ərəbistanının Yəməndəki şiə Husilərə qarşı apardığı siyasətə çox sərt reaksiya verib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İran Yəməndə şiə Husilərə qarşı döyüşən Səudiyyə Ərəbistanını günahlandırıb.

Səudiyyə Ərəbistanı bölgədə İsrailin addımlarını izləməklə günahlandıran İran İnqilab Gözətçiləri Ordusunun komandiri general Məhəmməd Əli Cəfəri Səud Xanədanının çöküşünün yaxınlaşdığını deyib:

“Səudiyyə Ərəbistanı bölgədə İsrailin addımlarını izləyir. İslam inqilabının əleyhdarları, gün keçdikcə şəffaflaşır. Artıq onlar ikiüzlülük maskası arxasında gizlənə bilməyəcəklər. Səudiyyə Ərəbistanı utanmazca bütün İslam qaydalarını tapdalayaraq, müstəqillik istəyən və hegemon bir sistemə qarşı dayanan müsəlman bir ölkəyə hücum edib. Səudiyyə Ərəbistanı xain bir ölkədir. Dövlət adamlarımız, keçmişdə bəzi məsləhətlər səbəbi ilə Səudiyyə Ərəbistanı haqda danışmırdılar, ancaq Yəməndəki hücumların ardından Səud Xanədanının xain üzü ortaya çıxdı.

Səudiyyə Ərəbistanı Yəmən xalqını bombalayaraq qırğın törədir. Səud Xanədanının çöküşü yaxınlaşır. İslam inqilabının ilk dalğası, kommunizmin çöküşünə səbəb oldu. Sonrakı dalğaları isə Səud Xanədanının çöküşünü özü ilə gətirəcək”.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?