Modern.az

Nepalda qadın zəlzələdən 33 saat sonra xilas olundu

Nepalda qadın zəlzələdən 33 saat sonra xilas olundu

28 Aprel 2015, 21:39


Aprelin 25-də baş 7,9 bal gücündə zəlzələdən 33 saat sonra uçmuş binanın dağıntıları altından bir qadın xilas olunub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Sunita Sitaula zəlzələ zamanı Nepalın paytaxtı Katmandadakı beşmərtəbəli binada olub. Uçqun altından xilas edilən qadının sözlərinə görə, elə hiss edib ki, başqa bir dünyaya düşüb.

O, indi əri və iki oğlu ilə yerli məktədə yaşayır. Zəlzələ zamanı evləri uçanda onlar küçəyə qaçmağa nail olublar.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!