Modern.az

Bahar Muradova: “Rəqiblərin bizim siyahıya istehzası, onların öz işidir”

Bahar Muradova: “Rəqiblərin bizim siyahıya istehzası, onların öz işidir”

22 Sentyabr 2010, 17:18

“YAP-ın namizədlər siyahısına göstərilən münasibət, maraq, təbii qarşılanmalıdır. O ki qaldı kimlərinsə istehzasına, bu, onların öz işidir. Yəni, YAP-a Azərbaycan seçicilərinin və Azərbaycan xalqının mütləq əksəriyyətinin münasibəti bizim üçün daha önəmlidir. Bizə alternativ, bizə rəqib olacaq, bizim fəaliyyətimizi «bəyənməyən», lakin özlərinin heç bir fəaliyyəti olmayan siyasi dairələrin istehzası isə yalnız onların seçki nəticəsində uğursuzluğuna bir işarə ola bilər. Ona görə mən bunu bizim siyahı  qarşısında gücsüzlüyün ifadəsi kimi qəbul edirəm». 

Milli Məclisin vitse-spiker Bahar Muradova bu sözləri hakim partiyanın açıqladığı namizədlər siyahısı ətrafında aparılan müzakirələri şərh edərkən bildirib. 
Qeyd edək ki, bir sıra müxalifət partiyalarının rəhbərləri partiyanın siyahısının zəif olduğunu bildiriblər. B. Muradovanın fikrincə, ən müxtəlif yaşanmalar ola bilər və bu müxtəlifliyi də normal, təbii qarşılayıram.
“Bildiyiniz kimi, YAP-ın seçkilərdə kimlərlə iştirakı, bu siyahının nə vaxt elan olunacağı ilə bağlı çox müxtəlif müzakirələr və diskussiyalar aparılırdı. Bu da təbii idi. Çünki Azərbaycan ictimaiyyətinin, Azərbaycan siyasi həyatının gündəmini məhz YAP-ın hansı addımları və necə atacağı müəyyən edir”.

Partiyanın siyahısının ölkə prezidenti İlham Əliyevin iştirakı ilə uzun müddət partiya rəhbərliyində, YAP-ın müvafiq seçkili orqanlarında müzakirələr nəticəsində müəyyənləşdiyini deyən vitse-spiker bildirib ki, bu siyahı bütün parametrlərinə görə, həm YAP-ın imkanlarını, həm YAP-ın qarşısına qoyduğu hədəfləri, həm Azərbaycanın ictimai-siyasi reallıqlarını, seçicilərin münasibətini, həm də həmin namizədlərin özlərinin imkanlarını nəzərə alaraq, tərtib olunmuş bir siyahıdır. Vitse-spikerin fikirincə, bu mənada YAP-ın  siyahısı uğura hesablanmış siyahıdır.

«Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının siyahısında olanların böyük əksəriyyəti seçkilərdə uğur qazanacaq və YAP növbəti dəfə parlamentdə iqtidar çoxluğunu əldə edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır