Modern.az

Dünən evlənən narkotik qaçaqmalçısı bu gün 8 yoldaşı ilə edam olunub

Dünən evlənən narkotik qaçaqmalçısı bu gün 8 yoldaşı ilə edam olunub

29 Aprel 2015, 01:41

Modern.az xəbər verir ki, İndoneziyadakı “Ölüm adası” kimi tanınan ciddi rejimli həbsxanada dörd nigeriyalı, iki avstraliyalı, həmçinin Braziliya, Filippin və İndoneziya vətəndaşları olmaqla 9 nəfər edam olunub.

Narkotik qaçaqmalçılığında ittiham olunan Fransa vətəndaşı Serj Atlaui də ölüm hökmünün icrasını gözləyir. Lakin hökmün icra olunması təxirə salınıb. Bu hadisələr fonunda İndoneziya və Avstraliya arasında münasibətlər gərginləşib. Braziliya öz səfirini Cakartadan geri çağırıb, İndoneziyanın diplomatik missiyasının başçısı isə paytaxt Brazilianı tərk edib.

Qeyd edək ki, barəsində edam hökmü çıxarılanlardan biri - avstraliyalı Endryu Çan hökmün icrasına bir gün qalanda sevdiyi qızla evlənib. Nikah mərasimində bəylə gəlinin dostları və qohum-ərqabaları iştirak edib.

“Bu, xoşbəxtlik üçünseçilən ağır məqamdır. Ümid edirik ki, prezident gənclərə qarşı müsbət davranacaqvə onlar birgə yaşamağa davam edəcəklər”, - bəyin qardaşı Maykl deyib. Ancaq xarici KİV-lərin verdiyi məlumata görə, İndoneziya hökuməti əfv barədə çoxsaylı müraciət və xahişlərə məhəl qoymayıb.

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər